SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabadda direktor və müəllimlər Elxan Əsədovun özbaşınalığından cana gəlib-ŞİKAYƏT

Sabirabadda direktor və müəllimlər Elxan Əsədovun özbaşınalığından cana gəlib-ŞİKAYƏT

Tarix:

16-06-2017, 13:53

/ 112 541 dəfə oxundu.
Sabirabadda direktor və müəllimlər Elxan Əsədovun özbaşınalığından cana gəlib-ŞİKAYƏT

Vətəndaş nazirə səslənir!

Sizin bu vaxta qədər etdiyiniz təyinatların içərisində layiq olmayan yeganə kadr.
Qocaman rüşvətxor, qohumbaz 66 yaşlı Elxan Əsədovdur.Biz Sabirabadlılar Sizdən artıq dərəcədə xahiş edirik ki, ötən il yaradılmış o gözəl şəffaf prespektivli idarəyə təyin etdiyiniz bu köhnəni korrupsioneri təyin etməzdən əvvəl onun Mədəniyyət şöbəsində çıxartdığı oyunları bir analiz etdirərdiz. Və onda bilərdiz ki,kimi hansı idarəyə təyin etməkdə nə qədər yanılmısız.Bu yazdığlarımızdan görunəcək ki bu nə qədər obyektiv adamdır.
Elxan kimdir?! Bakı texnikomlarının birdə təhsil alıb. Əvvəllər Mərkəzi xəstəxanada işləyib. Baş həkim Zakir onu yarıtmaz işinə görə işdən qovub. Nəhayət rayon mədəniyyət şöbəsində işə düzələ bilib. Özü də orta ixtisas təhsili ilə. Son 5 ilə qədər o elə həmin təhsillə də mədəniyyətdə kitabxanıçılara qənim kəsilib. Gedin soruşun. Hər ay hər bir kitabxanıçıdan 30 manat, mədəniyyət evlərindən 50 manat həzm-rabədən keçirib. Ramazanov Əhməd Apoş oğlu bu idarəyə müdür təyin ediləndən sonra Elxanın da gülü çırtlayır. Müdür-mühasib əl-ələ verib şad-xürrəm yaşayırlar. 5 il öncə qərar verilir ki, Mədəniyyət şöbələrinin aparatınin işçiləri dövlət qulluğu statusunu daşıyacaqlar. Baş mühasib də ancaq ali təhsilli ola bilər. Orta ixtisas təhsilli Elxan da tez əlimyandıya düşür. Rusiya məktəblərinin birinin Bakı filialınnan özünün yaxınlarına dediyinə görə 2000 dollara bir ali təhsil diplomu alır. Həmin gündən o bu saxta diplomla mədəniyyət şöbəsinin baş mühasibi kimi daha bərkdən bağırmağa başlayır. Nə istəyirsə onu da edir. Cinayət ortağı şöbənin müdiri Əhməd Ramazanovu qoyaq bir qırağa, İcra Hakimiyyəti onun da bütün özbaşınalıqlarına göz yumur. Demə icra başçısı Nazim İsmayılovun mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanovla yanaşı Elxana da xüsusi “simpatiyası” var imiş. Nazim İsmayılov Sabirabadda “tozsoran” ləqəbi ilə tanınır. Kişinin oğlu 1 manata da göz dikdiyinə görə bu “şərəfli” ada layiq görülüb. Heç şübhəsiz o belə yağlı tikələri əldən verməzdi. Odur ki, ötən ilin yanvarında Sabirabad mərkəz olmaqla regional Təhsil şöbəsi üçün kadr axtarışında Əhməd Ramazanov “müsabiqədən” üzüağ çıxır. Nazim İsmayılov bu məqsəd üçün ona Nazirliyə vermək üçün təqdimat da yazır. Özüdə 2 dəfə. Əhməd də fikirləşdi ki, işi baş tutarsa verdiklərini çıxarmaq üçün mütləq mühasibatlıqla “külüngü” bir yerə vurmalıdırlar. Odur ki, mühsibatlığa rəhbərliyi öz baş mühasibi Elxanın namizədliyini verir. Arada küllü miqdarda pul-100 min manat (bu gün rayonda hamının bildiyi) olduğuna görə başçı bu təkliflə göydə razılaşır. Ona da sözsüz-söhbətsiz təqdimat verir. Nazirlikdə Əhməd Ramazanova deyirlər get hələ fikirləşirik. Ancaq Nazim İsmayılovun xeyir-duası və Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Rauf Orucovun yaxından “dəstəyi” ilə Elxan oldu 12 saylı regional hesablama mərkəzin rəisi. Pul-para elə gözlərini bağladı ki, nə İsmayılov, nə də ki, Nazirlikdə onun diplomunun saxta olduğuna fikir vermirlər. Deyək icra hakimiyyətində Nazim İsmayılovu başqa şey düşündürür, bəs təhsil nazirliyində Kənan Quliyevin müdir olduğu daxili nəzarət şöbəsi hara baxırdı. Elxan Əsədov bir az da qabağa gedərək karrı puluna güvənərək rayonun icra başçısından qızı Könül Əsədovanı da rayonun ən böyük məktəblərindən olan Nizami Gəncəvi adına 5 saylı məktəbə direktor razılığını alır. Bu məktəbdə vur-tut 5 ay işləməsinə baxmayaraq, özünün dediyinə görə 30 min manata Könül də olur həmin məktəbin direktoru. Bu xanım məktəbdə həmişə intiriqaçı, nevroz bir adam kimi xarakteriza olunur. Atası Elxan məşhur müsavatçıdır. Əri Ağayev Azər Mirələm oğlu Prezident və parlament seçilərində müşahidəçi kimi YAP-çıların başına oyun açıb. Əvvəlki seçkilərdə İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin və keçən il isə parlament seçkilərində Pənah Hüseyinin ən vəfalı müşahidəçisi kimi tanınıb.Bu gün Elxan Əsədovu 66 yaşı olmasına baxmayaraq iş başındadır. Nevroz xəstəliyyindən əziyyət çəkən bu adam “Dədəm mənə kor dedi, hər kəsəni vur dedi” prinsipiylə fəaliyyətdədir. Qızı Könül də öz ampulasındadır.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ