Mingəçevirdə BİABIRÇILIQ: Şəhid bulaqlarına sayğac qoydular — VİDEO
Mingəçevirdə şəhidin adını daşıyan bulaqdan ya su gəlmir, ya da sayğac quraşdırılıb.
Məhəllə sakinlərinin təşəbbüsü ilə çəkilən şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa isə 6 ay əvvəl sayğac quraşdırılıb. Şəhidin həyat yoldaşı deyir ki, bulaqdan daim suyun gəlməsi üçün hər ay 5 manat ödəyir.
Arzu Mustafayeva (şəhidin yoldaşı) : “Mingəçevir şəhərində yaşayıb, suya yaxın olduğumuz üçün qəribə gəlir ki, sayğac quraşdırılıb. Əlacsızlıqdan buna da şükür edirik. Çünki yoldaşımın adınadır”.
Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər. Hazırda həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Belə aydın olur ki, həmin şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alınır. Buna görə də bura suyun verilməsi sayğacla tənzimlənir. Şəhid bulaqları ilə digər narahatlıq isə ərazinin natəmiz olması və xatirə lövhələrinin tanınmaz hala düşməsidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək