SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı qaçqınlara bağışlanan milyonluq maşınlardan qazanır - Video

İcra başçısı qaçqınlara bağışlanan milyonluq maşınlardan qazanır - Video

Tarix:

12-06-2017, 12:53

/ 63 700 dəfə oxundu.
İcra başçısı qaçqınlara bağışlanan milyonluq maşınlardan qazanır - Video

Bakıda alman turistlərin qaçqınlara bağışladığı maşınların Şuşanın icra başçısı tərəfindən satıldığı barədə iddialar var
"Eurovision-2012” mahnı müsabiqəsindən sonra köçkünlərə bağışlanan 240 maşının biridə onlara çatmayıb.
İddialara görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bu biznesin başında dayanıb. BakuPress.az saytı avtomobillərin satıldığını təsdiqləyən faktları video lentə alaraq yayıb.
Həmin alman turistlər “Allgeau-Orient” avtorallisinin iştirakçıları idilər. Bu ralliyə 20 ölkədən 111 komanda və 355 avtomobil qoşulmuşdu.
Onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya qədər 9000 km məsafəni qət edərək dünyanın ən böyük avtomobil yürüşünü keçirmiş, Oberstaufen şəhərindən aprelin 28-də başladıqları avtorallini Qobustanda başa vurmuşdular.
Qayıdanda isə maşınların 240-nı azərbaycanlı qaçqınlara bağışladıqlarını bəyan etmişdilər.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hələ o zaman icmanın bağışlanan bu maşınlardan imtina etdiyini söyləmiş, bunu da avtomobillərin sənədsiz olması ilə izah etmişdi. Ancaq göründüyü kimi, maşınları satırlar.
Sayt yazır ki, alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə üçün verdikləri avtomobillər Şuşa rayon icra başçısı Bayram Səfərov tərəfindən əl altdan satılır.
B.Səfərov biçarə qaçqınların hədiyyəsinə də göz dikib. Bunu da bəhanə gətirirlər ki, guya maşınların sənədləri olmadığı üçün heç bir məcburi köçkünə verilə bilməyib. Videodan amma görünür ki, Səfərovun əlaltıları 300 manata sənəd işini həll edib ,bu maşınları necə satır.
Amma Səfərov əfsuslar olsun ki, köçkünün deyil öz cibinin hayındadır. B.Səfərov unutmamalıdır ki, prezident onu vəzifəyə köçkünün hədiyyəsini yeməyə yox, xalqın problemini həll etməyə təyin edib.
Məlumata görə, məcmu dəyəri azı yarım milyon manatdan çox edən bu avtomobillər bir qədər də zaman keçəndən, almanların o hədiyyəsi tam unudulandan sonra yəqin ki, “əriyib suya dönəcək”, axıb-axıb kimlərinsə pul kisəsini dolduracaqdı.
Bu gözləntilər baş verdi və sənəd işlərini də 300 manata həll edərək maşın bazarı açıblar. B.Səfərov evsiz-eşiksiz, maşınsız köçkünlərə bu yaxşılığı etməkdənsə, maşın alveri ilə məşğuldur.
Qeyd edək ki, bu maşınların qaçqınlara verilməməsinin səbəbi kimi onların gömrük rüsumu ilə (“rastamojka”) bağlı probleminin olması göstərilirdi.
Bu məsələdə qaçqınlara heç bir güzəşt edilmədi. Maşınların saxlanıldığı avtodayanacaq dövlətə məxsusdur. Özü bahalı maşında gəzən icra başçısı köçkünlərə bağışlanan maşınlara da göz dikib.
Təxminən 1980-ci ildə istehsal olunmuş avtomobillər qaçqınlara verilmir, çünki maşınlar gömrükdə qeydiyyatdan keçirilməyib.
Maşınların birinin qeydiyyatı üçün tələb olunan rüsum maşının qiymətindən bahadır. Buna görə də illərdir avtomobillərlə bağlı qeyri-müəyyənlik davam edir. Amma bu mif dağılıb və 300 manata iş həll olunur.
Qeyd edək ki, bir müddət əvvəl avtomobillərin dayanacaqdan çıxarılaraq Bayram Səfərovun Novxanıdakı boş torpaq sahəsinə aparıldığı haqda məlumatlar yayılmışdı.
Elə açarların da onda olduğu söylənilirdi. Amma icra başçısı maşınların onlarda olmadığını deməklə kifayətlənmişdi.
Bir müddət əvvəl avtomobillərin kəndlərdə əkin-biçinlə məşğul olan köçkünlərə verilməsi təklif olunurdu. Lakin təkliflər havada qaldı.

Şərhlər

XƏBƏR LENTİ