XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Nazirin Kürdəmirdəki kadrının ilginc dosyesi: Konsertdən qaçışın təfərrüatı

Nazirin Kürdəmirdəki kadrının ilginc dosyesi: Konsertdən qaçışın təfərrüatı

Nazirin Kürdəmirdəki kadrının ilginc dosyesi: Konsertdən qaçışın təfərrüatı
5-06-2017, 09:24

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində baş verən hadisələr medianın diqqət mərkəzindədir
Mədəniyyət və Turizm Nazirliyinin idarə rəhbəri olan Elman Məmmədovun barəsində yayılan iddialar və səslənən ittihamlar elektron KİV-in manşetlərində yer almaqdadır.
Elə bundan irəli gələrək nazir Əbülfəs Qarayev Xaçmazda keçirdiyi görüşdə yerli idarələrin rəhbərlərinə yönəlik tapşırıqlar verdi, islahatların davamının olacağını açıqladı, onların görülən işlərin səviyyəsi barədə xəbərdarlıq etdi.
Nazirin Xaçmazdan verdiyi bəyanatlara baxmayaraq, bu göstərişlərdən nəticə çıxarmalı olan qurumlardan biri - Kürdəmir regional mədəniyyət idarəsi rəhbəri Elman Məmmədov öz ampluasındadır.
İdarə rəisi əməllərindən geri qalmayaraq öz yaxın ətrafı ilə müxtəlif qanunsuz işlərə girişməklə yanaşı tənqidçi medianı boğmağa çalışır. E.Məmmədov tənqidlərə, səslənən ittihamlara münasibət bildirmək əvəzinə medianı məhkəmə ilə hədələyir.
O, yaxın çevrəsində danışır ki, Ulus.Az-ı məhkəməyə verəcək. Halbuki, idarə rəisi redaksiyaya təkzib məktubu göndərə bilərdi, iddialarla bağlı açıqlama verərdi, aydınlıq gətirərdi.
Əgər onun qarşı tərəf kimi fikirlərinə yer ayrılmasa və mövqeyi saytda yayımlanmasa, o halda saytın E.Məmmədova qərəzli münasibəti olduğunu deyərək məhkəməyə müraciət etmək hüququ olardı.
Bundan başqa, iddialardan biri budur ki, E.Məmmədov Qarabağ müharibəsi veteranı olması vəsiqəsindən sui-istifadə edir. Bu imtiyazdan yararlanan idarə direktorunun fermaları, təsərrüfatları, biznes məkanları olduğu iddia edilir.
Üstəgəl, Qarabağ müharibəsi əlili olmaq heç bir hüquq vermir ki, saytla əməkdaşlıq edən - şəhid və məcburi köçkün ailəsini Xəyyam Salmanzadəni təhdid etsin.
X.Salmanzadə ondan fərqli olaraq heç vaxt şəhid qardaşı olmasını bar-bar bağırmayıb.
Müharibə veteranı vəsiqəsini əldə bayraq tutan idarə rəisi “mənə heç kim bata bilməz” tonunda danışır.
Kürdəmirin mədəniyyət idarəsinin rəisi ilə bağlı digər nüans odur ki, E.Məmmədov mayın 7-də Ümummilli liderlə bağlı təşkil olunmuş Kürdəmir rayon İcra Hakimiyyətində konserti yarımçıq tərk etməsinə görə qınağa tuş gəlib.
Hətta nazir də Xaçmazdakı tədbirdə konsertlərin təşkili ilə bağlı giley-güzar etdi, tapşırıqlar verdi. Bu göstərişini bir ucu da Kürdəmirə çatır. Çünki mədəniyyətə aid olan konsert proqramını E.Məmmədov yarımçıq qoyub gedir.
Başqa bir iddia isə ixtisarların olmasıdır. İdarə rəisi Kürdəmir və Füzulidə ixtisarlar həyata keçirmir. Ancaq idarənin İmişli və Xocavənd şöbələrini boşaldır.
Bu məsələyə də aydınlıq gətirmək əvəzinə MTN-nin məmuru Ulus.Az-ı məhkəməyə verməyə hazırlaşır.
Eyni zamanda onun Kürdəmirdə peşəkar mütəxəssislər qaldığı halda Füzulidən Emin İbrahimov adlı adamını baş məsləhətçi gətirməsi, ona 300 manat maaş kəsməsi narazılıq doğurub.
Hələ o da ayrı məsələdir ki, baş məsləhətçi 300 manatla Kürdəmirdə necə yaşayır - onun kirayə pulu, gündəlik xərcləri həmin məbləği aşır.
E.Məmmədovun önəmli adamlarından biri də müavini, Kürdəmir mədəniyyət şöbəsinin müdiri olmuş Vaqif Alıyevdir. V.Alıyev rayondakı nüfuzundan sui-istifadə edərək Kürdəmirdə ixtisarların qarşısını alıb.
Lakin proses İmişlidə və Xocavənddə reallaşıb, kütləvi şəkildə ixtisarlar aparılıb. Əgər gelə deyilsə, idarə rəisi rəsmi şəkildə ixtisarlar olunanların siyahısını açıqlasın.
Onun komandasında Kürdəmirin Tarix-Diyarşünaslıq muzeyinin müdiri Altay müəllim də var. Beləcə - Emin İbrahimov, Vaqif Alıyev, Altay və Elman Məmmədov dördlüyü Kürdəmirdə öz istəklərini reallaşdırır.
Əgər E.Məmmədov saytı məhkəməyə verməyə hazırlaşırsa, o zaman məhkəməyə özü ilə hansı rayonlarda, konkret kimləri ixtisar etməsinin siyahısını, həmin konsert proqramnın ATV-də olan video yazısını özü ilə gətirsin.

Nazirin Kürdəmirdəki kadrının ilginc dosyesi: Konsertdən qaçışın təfərrüatı



(Bu foto Kürdəmir rayon İcra Hakimiyyətinin rəsmi internet saytından götürülüb. Foto isə mayın 7-də Ümummilli liderlə bağlı təşkil olunmuş Kürdəmir rayon İcra Hakimiyyətində konsertindən çəkilib. Amma fotoda Emil İbrahimov, Vaqif Alıyev, Altay və Elman Məmmədov dördlüyü nədənsə görünmür... Sadəcə rəzalət!!)

Yazı ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq...

Növbəti yazımda cənab Məmmədovun "sağ əli" Vaqif Aliyevin İmişli və Xocavənd rayonlarında şəhid ailələrini və məcburi köçkünləri necə ixtisar etməsindən, ali təhsilli işçilərin şikayət ərizələrini ayaqlar altına atmasından bəhs edəcəyəm

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.