SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB

Bakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB

Tarix:

11-07-2022, 11:49

/ 951 dəfə oxundu.
Bakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB

 
İyulun 10-da Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, Bakıdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilib.

Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də Bakı istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Hazırda həmin ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.

Şərhlər

XƏBƏR LENTİ