XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Məmur villaları, cırılan məktublar... Göygölün başçısına heç kim batmır

Məmur villaları, cırılan məktublar... Göygölün başçısına heç kim batmır

Məmur villaları, cırılan məktublar... Göygölün başçısına heç kim batmır
23-05-2017, 17:34

Göygöl rayonu məmur tapdağı altında inildəyir
Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb.
Hara baxsan məmur villası, milyonçu evləri və hasarlamış ərazilərdir. Bu rayonun icra başçısı Arif Seyidov isə ömürlük Göygölə rəhbər təyin olunub. Ona kimsə bata bilmir.
Bu da sirr deyil ki, icra hakimi yüksək rütbəli məmur tərəfindən himayə edilir. O baxımdan A.Seyidov toxunulmazlıq statusu qazanıb. Onun ayrı vəzifəyə təyin olunacağı gözlənilmir.
Arif Seyidovun arxasındakı dayaqlar onu arxayın edib ki, son nəfəsinə qədər bu səfalı guşənin rəhbər postunda qalacaq.
Deyilənə görə, A.Seyidov Gəncənin icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib.
Gəncə “xan”ı ilə yaxın dost olan Göygölün ömürlük icra hakimi yerli camaatın torpaqlarını əlindən alıb.
Amma onun qorxusundan kimsə nə yuxarılara, nə də mətbuata şikayət edə bilir. Elə buna görədir ki, mətbuatda Göygöl sakinlərinin nadir hallarda şikayətinə rast gəlmək olar.
Nadir şikayətlərdən biri bu yaxınlarda ictimailəşdi. Məumat beləydi ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökdürür.
Bu barədə ailənin başçısı Akif İsgəndərov məlumat verib. Bildirib ki, 2009-cu ildə Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasındakı problemlə görə sökülür:
“Həmin ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq almışam. Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq.
İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.
A.İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib. İsgəndərovlar ailəsi ölkənin rəhbər şəxslərindən onlara kömək etmələrini xahiş ediblər:
Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı bildirib ki, ev Ali Məhkəmənin qərarı əsasında sökülür:
“Həmin şəxs kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evi inşa edib. Ona görə də qərar verilib ki, ev sökülsün. Bu da Ali Məhkəmənin qərarıdır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.