XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Elmar Vəliyev işsizlər ordusu yaradır, 1200 əlil uşağa pensiya verilmir

Elmar Vəliyev işsizlər ordusu yaradır, 1200 əlil uşağa pensiya verilmir

Elmar Vəliyev işsizlər ordusu yaradır, 1200 əlil uşağa pensiya verilmir
23-05-2017, 17:28

Əvvəllər də Gəncədə iş tapmaq problem olub; Son iki ildə isə bu problem daha da böyüyüb

Böhran sonrası şəhərdə tikinti və ticarət sektorunda passivlik müşahidə olunur.

Bu isə adıçəkilən sahədə çalışanların işinin zəifləməsinə, bəzi hallarda isə, iş yerlərinin itirilməsinə səbəb olur.

Onu da nəzərə almaq lazımdır ki, 2-3 il əvvələ qədər Gəncədə onlarla QHT-lərdə və beynəlxalq layihələrdə çalışan insanlar var idi.

Son illər bu sahədə həyata keçirilən mürtəce addımlar, bu işlərin də dayanmasına, nəticədə isə yüzlərlə insanın işsiz qalmasına səbəb olub. Bu elektoratı əsasən gənclərdən ibarətdir.

Hazırda yoxsulluq həddində və işsiz qalan insanlar başqa dövlətə mühacirət etməyə üstünlük verirlər.

Son günlər Gəncənin aviabilet satışı ilə məşğul olan obyektlərindəki canlanma bunun bariz nümunəsidir.

Hətta beynəlxalq sərnişindaşıma xidməti həyata keçirən şirkətlər də müştəri qıtlığından şikayət etmirlər.

Ölkə xaricinə tur paketlər, aviabiletlər satışı ilə məşğul olan şirkətin əməkdaşları deyirlər ki, insanlar kütləvi şəkildə ölkəni tərk edirlər.

Xidmətlərindən yararlanan gəncəlilər bildirir ki, işçi miqrant kimi başqa ölkələrə üz tutmaqdan başqa çarələri qalmayıb.

Əvvəllər Rusiyanın Moskva şəhərində çalışan Rufan Zeynalov da söyləyir ki, 3 ildi Gəncəyə qayıdıb, öz şəhərində daimi yaşamaq niyyəti ilə gəlib. Təəssüf ki, burda iş tapa bilməyib. O, yenidən Rusiyaya qayıtmağa məcbur olduğunu deyir.

Gəncədə yaşayan hər bir kəs, indi o prosesi rahatca fərq edir ki, hər keçən gün, ya qohumunu, ya dostunu, yaxud da ailə başçısını “itirir”. Əməkqabiliyyətli insanlar günbəgün şəhərdən iş tapmaq ümidi ilə, xarici dövlətlərə miqrasiya etməyə məcbur olurlar.

Artıq 3-cü aya yaxındır Gəncəbasarda əlil uşaqlara verilməli olan pensiyalar ödənmir.

Maraqlı odur ki, əlil azyaşlı övladı olan çox az valideynlər bu pulu ala biliblər. Adıçəkilən pensiyanı almaq hüququ olan valideynlərin əksəriyyəti bu pensiyanı hələ də ala bilmirlər. Bu da öz növbəsində xəstə övlada baxan valideynləri hiddətləndirib.

Gəncə sakinləri Orxan Məmmədov, Pərviz Əliyev bildirirlər ki, məsələ ilə bağlı Gəncə şəhər Maliyyə İdarəsinə, “Kapital Bank”ın yerli filialına müraciət etsələr də, onlara heç bir cavab verilməyib.

Dövlət Sosial Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən yerli qurumundan isə qəribə cavab veriblər. İdarənin rəhbəri Mirxaliq Seyidovun köməkçisi (adını və soyadını deməyib) şikayətçilərə bildirib ki, maddi problemlər və vəsaitin azlığı eyni vaxtda 1200-ə yaxın kurasiyalarında olan qüsurlu uşaqların vəsaitini birdən ödəməyə imkan vermir.

Ona görə də, kompüter proqramından istifadə edərək, uşaqların kod nömrələrini daxil edirlər. Pulun məbləği səviyyəsində (məsələn, bu olur , 25 % , 30 % və s.) kompüter hansı kodları təsadüfən seçirsə, o uşaqların hesabına vəsait ödənilir, qalan hissə də, növbəti aya saxlanılır. Əlil uşaqlara sosial pensiya kimi verilən məbləğ aylıq 74 manat təşkil edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.