SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Oğuzda vətəndaşı İNCİDƏN KİMDİR? - GİLEY

Oğuzda vətəndaşı İNCİDƏN KİMDİR? - GİLEY

Tarix:

10-12-2021, 12:46

/ 475 dəfə oxundu.
Oğuzda vətəndaşı İNCİDƏN KİMDİR? - GİLEY


Oğuz rayonu, Tayıflı kəndində qeydiyyatda olan və yaşayan Xəlilov Elmir Elməddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən, Xəlilov Elmir Oğuz rayonun Tayıflı kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsində vətəndaşlıq borcumu ləyaqətlə yerinə yetirmişəm. Adi taksi sürücüsüyəm.

Bir vətəndaş kimi bildirmək istəyirəm ki, doğma Oğuz rayonumda mənim kimi insanlara qarşı yerli məmurların etinasız davranışlarını, məsuliyyətsizliyini, süründürməçiliyini, rüşvətxorluğunu görəndə çox məyus oluram. Axı biz Vətənimizi ona görə qorumamışıq ki, özlərini məmur hesab edən savadsız adamlar kimlərəsə axaralanıb millətin başına min bir oyun açsınlar. Belələrindən biri də mən də daxil Oğuz rayonun Tayıflı kəndində yaşayan bütün sakinlərə qarşı öz maddi maraqlarından yanaşaraq ayrıseçkilik edən kənd icra nümayəndəsi 70 yaşlı Nəbiyev Qamət İsmayıl oğludur. Bəri başdan qeyd edim ki, bu adam öz vəzifə səlahiyyətlərindən süi-istifadə etməklə kənd sakinlərinin başına olmazın bürokratik oyunlar açır. Belə ki, vətəndaşa lazım olan mülkiyyət sənədinin alınması, və s. işlərin görülməsi üçün sakinlərdən bəri başdan rüsum adı altında külli-miqadarda ( 1 otaqlı ev üçün 5000 manat) pul istəyir, sonra işini düzəldir. İllər uzunu vətəndşları süründürməçiliyə salmaqla aldığı rüşvəti və mənimsədiyi pullarla özünə mülklər alır. Məsələn, Şirvanlı, Qumlax və Tayıflı sakinlərinə bir adi arayışın verilməsi üçün 30-40 manat rüsum adı altında pul alır. Biz də dəflərlə məcbur olub bu pulu verib almışıq arayışlarımızı. Amma Azərbaycanın istənilən kəndində belə özbaşnalığayolverilmir. Maksimum 2-5 manat rüsum haqqı alırlar. Kəndlərimizdə evlərin sənədləşməsi üçün 5000 manat istəyir. Ona görə də 95 faizin evinin sənədi yoxdur. Və bundan süi-istifadə edərək əvvəlcə deyir ki, yox mən sənədsiz evə görə arayış verə bilmərəm və s. cəfəng bəhanələr. Budur, kimsə təzə tikib yaşamaq istədiyi mənim kimilərdən qaz, işıq xəttinin çəkilməsi üçün ayrı-ayrılıqda 30 AZN pul alıb və sonra arayışları vermişdir. İndi də arayış lazımdır. Deyir ümumiyyətlə vermirəm sizə arayış. 30 manata da yaxın durmur. Bilmirik nə edək. Səbəb soruşanda deyir ki, keyfim belə stəyir. İndi oturub gözləyirik ki, Nəbiyev Qamətin keyfi nə vaxt düzələcək. Kimin evində bir problem olub müraciət etsə, kobud cavab verir ki, mən gəlməliyəm qəapıma? Bu adamın pensiya vaxtı çoxdan çatsa da arxlandığı adama güvənib yenə vəzifəsini yarıtmazlıqla davam etdirir. Sakinlərin şikayətlərinə də baxan yoxdur. Millət təmiz bezib bu məmurun əlindən. Bir arayış almaq üçün, yəni 30 manat rüşvəti toplayıb Qamətə vermək üçün mən 1 həftə taksi sürüb pul toplayıram.İstədiyi 30 manatdan 1 manat belə güzəşt etmir. Belə olmaz. Qamət “Kəndxudanı gör kəndi çap” prinsipilə işləyir. Bu adama bəsdir deyən bir normal məmur da tapılmır. Bu adam öz yaramaz əməllərilə dövlətçiliyə qarşı nifrət formalaşdırıb.Vəssəlam".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ