Asif Şirinov bizə yezid münasibət bəsliyir-ŞİKAYƏT
Ucar şəhərində günlərdi ki, içməli su kəsilib verilmir.Səbəb kimi ana boruda qəza olması göstərilsədə əslində Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun kommersiya maraqlarına görə qəsdən sular kəsilib.Çünki içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır.Bu yaramaz Ucar Su Knal İdarəsinə müdir vəzifəsinə təyin olunandan ucarlılara su zülümü yaşadır.Havalar istiləşən kimi müxtəlif bəhanələrlə suyu kəsib su satışına start verir.Görün bu yaramaz müdir necə alçaqlıq edir ki, qəsdən kanalizasiya suyunu içməli suya qarışdırılmasını təşkil edir ki, heç kəs istifadə etməsin və bunun satdığı su alınsın.Görün bu alçaq nə işlə məşğul olur.Bu isə 20.000 nəfərə yaxın əhalisi olan Ucar şəhər sakinlərinin həyatını təhlükədə qoymuşdur.İmkanı olanlar pul verib Asif Şirinovun satdığı suyu alıb işlədir.İmkanı olmayanlar isə uzaq məsafədən arxlardan əllərində qablarla su daşıyırlar.Biz mətbuat vasitəsi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik alçaqlıqla məşğul olan Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində cinayət işinin başlanılıb dərhal həbs edilməsinə tapşırıq verəsiniz.
1.Məmmədova Tənzilə Baba qızı
2.Əliyeva Fatma Adil qızı
3. Salahov Şövkət Əli qızı
4.Abdullayeva Dursun Cmal qızı
5.Şükürova Nisə Dadaş qızı
6.Alıyev Vəsilə Zeynal qızı
7. Məmmədova Xədicə Kərim qızı
8.Hacıyeva Rəna Hüseyn qızı
9. Beydullayeva Gülbuta Fərhad qızı
10. Mayılova Mədinə Məhəmməd qızı
11. Ələkbərova Şamama Nuh qızı
12.Hüseynova Kütah Əvəz qızı
xalqxeber.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək