XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Şamaxıda Yezid məmurlar peyda olub: icra başçısı suyu camaata pulla satdırır

Şamaxıda Yezid məmurlar peyda olub: icra başçısı suyu camaata pulla satdırır

Şamaxıda Yezid məmurlar peyda olub: icra başçısı suyu camaata pulla satdırır
23-01-2017, 13:13

Şamaxının Əngəxaran kənd camaatı içməli su çatışmazlığından şikayətlənir

Bu haqda kənd sakinləri məlumat verib.

Həmçinin rayon mərkəzində dörd bir tərəfində qaynama bulaqlar olan Şamaxıda da illərdir su tapılmır. İçməli suya həsrət qalan sakinlər bir neçə ildir çəkilməkdə olan yeni su xəttinin açılışını səbirsizliklə gözləsə də, hələ bir xəbər yoxdur.

Camaatın qabları qapılarının ağzındadır. Gözləyirlər ki, su maşını gəlsin, qabları doldursunlar. Su maşını gəlməsə, sakinlər məcburdurlar ki, su qablarını əllərinə alıb harada su varsa, harada quyu varsa oradan su götürməyə getsinlər. Əvvəllər əhali küçələrdəki bulaqlardan su daşıyırdı. 10 il olar ki, o bulaqların da suyu quruyub. Hazırda sakinlərin su ehtiyatını bu cür su maşınları qarşılayır.

Şamaxının Əngəxaran kəndindən gətirilən içməli su sakinlərə litri 1 qəpiyə satılır. Yeni su xətləri çəkilərkən evlərə sayğaclar da quraşdırılıb. Amma nə su var, nə də sayğac fırlanır.

Sakinlərin ikinci su mənbəyi isə şəhərin çıxışında yerləşən Musa bulağıdır. Günün istənilən saatında burada insanlar avtomobillərlə növbədə olur. Şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iki qab su əldə etmək üçün saatlarca növbə gözləyir.

Son illər dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün büdcədən milyonlarla vəsait ayrılıb. Bu sahədə dinamik inkişafı təmin etmək üçün xüsusi dövlət proqramları qəbul edilib.

Ölkənin mühüm kənd təsərrüfatı mərkəzlərindən olan, zəngin turizm imkanlarına malik Şamaxının müasir tələblərə cavab verən iqtisadiyyata, sosial inkişafına nail olması üçün də iri məbləğli ayırmalar olub.

Lakin, Şamaxının “sürətli inkişafı” bir neçə mərkəzi küçədən ibarətdir. Şəhərin mərkəzi küçəsi və İcra Hakimiyyətinin yerləşdiyi əraziləri çıxsaq Şamaxının digər küçələri “müharibə şəraitini” xatırladır.

Şamaxı həm də “respublika əhəmiyyətli” torpaq bazarına çevrilib. Səfalı təbiəti ilə ilin bütün fəsillərində göz oxşayan rayonun əlverişli bütün əraziləri satışa çıxarılıb.

Avaxıl ətrafında yerləşən meşələr, mənzərəli ərazilər qarış-qarış imkanlı oliqarxlara, məmurlara satılıb. Dolanışığı əsasən kənd təsərrüfatından çıxan rayon sakinlərin isə artıq torpaqsız qalmaq təhlükəsi ilə üz-üzə qalıblar.

Asif Ağayevin “çəpərləmə” siyasəti Avaxıl, Çuxuryurd və digər dağlıq kəndlərdə yaşayanları mühasirə vəziyyətinə salıb.

Kəndlilər artıq mal-qaralarını otarmağa belə yer tapmırlar. Buralarda satılması mümkün olan bütün ərazilər satıldığı üçün növbə örüş sahələrinə çatıb.

Artıq Asif Ağayevin “aqrar siyasəti” rayonda kənd təsərrüfatının tənəzzülünə səbəb olub. Rayona ayrılan subsidiyaların xərclənməsində müşahidə olunan müəmmalı rəqəmlərlə reallıq qətiyyən üst-üstə düşmür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.