XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İsmayıllıda ilginc proseslər: sakinlərdən iki məmura ağır ittihamlar

İsmayıllıda ilginc proseslər: sakinlərdən iki məmura ağır ittihamlar

İsmayıllıda ilginc proseslər: sakinlərdən iki məmura ağır ittihamlar
16-01-2017, 22:11

Bir qrup İsmayıllı sakini redaksiyamıza yazıb

Onlar müraciətdə rayon təhsil şöbəsi və uşaq poliklinikasının rəhbərliyindən şikayətçidirlər.

Bu iki qurum uzun illərdir ki, vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək həm dövlət büdcəsinin vəsaitlərini mənimsəyir, həm də gələcəkdə gənclərin hərbi xidmətdən yayınmasına şərait yaradırlar.

Rayonda fərdi təhsil əslində formal xarakterlidir. Fərdi təhsil adı altında təhsil şöbəsinin rəhbərliyi böyük maliyyə vəsaitlərini mənimsəyir.

Müəyyən məbləğlərdə rüşvət ödəməklə istənilən valideyn övladını fərdi təhsil üçün qeydiyyata aldıra bilər. Bununla da gələcəkdə övladlarını bu və digər yollarla hərbi xidmətdən yayındırmağa müvəffəq olurlar.

Qanunda yazılıb ki, fərdi təhsili ev şəraitində yalnız fiziki qüsuru olanlar almalıdır. Bunun üçün onlara dərs deyən müəllimlərə dövlət tərəfindən müəyyən müavinətlər verilir. Ancaq, adını fərdi təhsilə yazdıranların çoxu məktəbə davamiyyəti saxlamaq üçün gedir.

Yazan sakinlərin sözlərinə görə, sağlam uşaqların fərdi təhsilə yazdırılmasında ən böyük məsuliyyət sahiblərindən biri də rayon uşaq poliklinikasının rəhbəri Vidadi Rəhimovdur. O, rüşvət hesabına sağlam uşaqları xəstə kimi sənədləşdirir.

Bu işdə Vidadi Rəhimovla İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucov əlbirdir. Vidadi Rəhimovun bu hərəkəti onunla nəticələnir ki, qeyd edilən uşaqlar böyüyür və hərbi xidmət vaxtı çatdıqda yararsız adıyla hərbidən yayındırılırlar.

Əllərində arayış olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi heç bir tədbir görə bilmir.

Əgər araşdırılsa İsmayıllıda onlarla gənc var ki, sağlam ola-ola belə qaranlıq yollarla hərbi xidmətdən yayınıblar. Bu məsələ diqqətlə incələnməlidir və ciddi tədbirlər görülməlidir. Bu iddialarla bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.