Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurub
Saytımızda tez-tez işıqlandırdığımız məsələlərdən biri də təhsil sahəsində mövcud olan problemlərdir. Təəssüf ki, bu sahədə çoxsaylı neqativ hallar var. O da təəssüf doğurur ki, təkcə uşaqlar və valideynlərin deyil, müəllimlərin belə hüquqlarının pozulması halları baş verir.
Redaksiyaya daxil olan məlumata görə, Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurub. Məlumatlı mənbənin bildirdiyinə görə, keçən aprel ayında hər müəllimdən 50 manat pul yığılıb. Buna etiraz edən müəllimləri dərs saatlarını azaltmaqla, işdən azad etməklə hədələyiblər. Əjdər Kərimov bütün məktəb direktorlarını yığaraq bildirib ki, Maliyyə Hesablaşma Mərkəzindən gəliblər,onları yola salmalıyıq. Bəzi direktorlar Əjdər Kərimova bildiriblər ki, müəllimlər buna etiraz edir,deyirlər 120 manat maaş alırıq bu pulu necə verək.Hətta qadın direktorlardan biri Əjdər Kərimovu döymək istəyib, Əjdər Kərimov arxa qapıdan qaçıb.
Belə özbaşınalıqların baş alıb getməsi Təhsil naziri Mikayıl Cabbarov tərəfindən hələ də susqunluqla qarşılanır. Görünür, “aşağılar”da baş verən özbaşınalıqlardan “yuxarılar”ın xəbəri yoxdur. Ya da bu özbaşınalıqlara elə “yuxarılar” özü rəvac verir. Biz müəllimlərin ciddi narazılıq etdiyi şikayəti işıqlandırdıq. Tədbir görmək isə Təhsil Nazirliyinin vəzifəsidir.
Millətinsəsi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...