SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda 1 tondan artıq çətənə kolu məhv edildi

Ağsuda 1 tondan artıq çətənə kolu məhv edildi

Tarix:

29-06-2021, 10:14

/ 672 dəfə oxundu.
Ağsuda 1 tondan artıq çətənə kolu məhv edildi

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Şərhlər

XƏBƏR LENTİ