SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubanın icra başçısı məktəb direktoru vəzifəsinə 40 min pul istəyir" - İddia

Qubanın icra başçısı məktəb direktoru vəzifəsinə 40 min pul istəyir" - İddia

Tarix:

26-05-2021, 10:27

/ 559 dəfə oxundu.
Qubanın icra başçısı məktəb direktoru vəzifəsinə 40 min pul istəyir" - İddia

İcra başçısı həyat yoldaşına yarım milyonluq avtomobil aldı
“Həbsxanada onu yoluxmağa getməmişəm. Vilyam Hacıyevin istintaqı hələ davam edir, bir yenilik yoxdur. Yəni camaatda nə məlumat varsa, mən də onu bilirəm. Allah qapısını açsın, nə deyim vallah”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İmişlinin keçmiş icra başçısı, əmisi oğlu Vilyam Hacıyevdən danışarkən deyib.
O, həmçini ölkədə korrupsiya faktı ilə tutulan digər icra başçılarından da danışıb:
“Hazırda ölkədə korrupsiya ilə güclü mübarizə gedir. Burada icra başçıları, komitə sədrləri tutuldu. Zaman-zaman mən çalışmışam ki mütəmadi olaraq bu problemləri dilə gətirim.
Mən hər zaman Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun bütün qanunsuz əməllərini ifşa edirdim. Deyəndə ki, qaval çalan Şəmkir rayonunu yeyib dağıdır, süni görüntü yaradır, dövlətçiliyə xas olmayan hərəkətlər edir, məni topa tutdururdu. Çox şadam ki, deiklərim təsdiqini tapdı və o, əliqandallı Bakıya gətirildi”.
Hafiz Hacıyev qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçılarının da adını çəkib:
“Məsələn yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazln yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Şəhər məktəbinə direktor təyin etmək üçün 40 min manat istəyir. Yoxsa, nooldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı. Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”. (Bizim.media)

Şərhlər

XƏBƏR LENTİ