SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuz xəstəxanasında biabırçılıq: Xəstə qazilərimizə kömək edən olmadı - VİDEO

Tovuz xəstəxanasında biabırçılıq: Xəstə qazilərimizə kömək edən olmadı - VİDEO

Tarix:

24-05-2021, 11:40

/ 461 dəfə oxundu.
Tovuz xəstəxanasında biabırçılıq: Xəstə qazilərimizə kömək edən olmadı - VİDEO

Tovuz Rayon Mərkəzi Xəstəxanasında Vətən müharibəsi qazilərinə tibbi müdaxilə etmək üçün həkim tapılmayıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntüləri lentə alan şəxs bildirib ki, halı pisləşən üç qaziyə yardım göstərmək üçün xəstəxanada növbətçi həkim belə olmayıb.

Halı pisləşən qazilərə öz yaxınları və döyüş yoldaşları köməklik göstərib.

***

Tovuz Rayon Mərkəzi Xəstəxanasında Vətən müharibəsi qazilərinin ehtiyacları olduğu halda tibbi müdaxilə edəcək səhiyyə işçisi tapılmayıb.
Yeniavaz.com xəbər verir ki, bu, Elmar Musayev adlı şəxsin xəstəxanadan "facebook" vasitəsilə yayımladığı canlı yayımda öz əksini tapıb.
O kadrları lentə alan zaman bildirib ki, vəziyyəti ağırlaşan qazilərə kömək etmək üçün xəstəxanada heç bir səhiyyə işçisi olmayıb.
Kadrlarda halı pisləşən qazilərə öz yaxınları və döyüş yoldaşlarının köməklik göstərdiyi müşahidə olunur. Daha sonra xəstəxanaya polis əməkdaşlarının da gəldiyi və qazilərə kömək etməyə çalışdıqları görünür.
E. Musayev bu tipli məsələləri işıqlandırdığı üçün Tovuz rayonunda ona təzyiqlər göstərildiyini bildirib.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov Yeniavaz.com-a açıqlamasında məsələnin araşdırıldığını və bu barədə ictimaiyyətə açıqlama veriləcəyini bildirdi.

Şərhlər

XƏBƏR LENTİ