"Məmurlar 75 min pulu yeyib...” - NARAZILIQ!
"Cəlilabadda uşaq bağçalarının aylardır ki, suyunu kəsiblər. Uşaqlar susuzluqdan qırılır, rayon rəhbərliyinin isə Su İdarəsinə 75 min su borcu var”.
Bunu Moderator.az-a açıqlamasında Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad filialının sədri, birinci qrup Qarabağ əlili Maşalla Əliyev deyib. M.Əliyev bir ağsaqqal kimi insanların hər gün ondan kömək istədiyini bildirib:
“Cəlilabad rayonunda uşaq bağçalarının suyunu kəsiblər. Uşaq bağçalarına “haqq” qoyan və indi həbsdə olan korrupsioner məmurlar 75 min manat pulu yeyib, suyun pulunu köçürməyiblər. Bizdə “Fidan” uşaq bağçası var, orda 120 nəfər uşaq, 20 nəfər isə müəllim var. Müəllimlər düşüb çöllərə bağçaya su daşıyırlar. Cəlilabad şəhər icra nümayəndəsi isə qeybə çəkilib. Hansı ki, bağçalara cavabdeh şəxs odur. Mən bir neçə dəfə Su İdarəsinə müraciət etmişəm və hörmət edib suyu veriblər. Amma bildiriblər ki, su borclarını ödəsinlər. Bu məmurlar bizim balalarımızın gələcəyini bu şəkildə korlayıb, məhv edirlər. Bizim qazilərimizin uşaqları uşaq bağçasında zülm çəkir. O gün gedib gördüm ki, uşaqların anaları ağlaşırlar. Ayaqyolu da bağçanın içindədi və üfunət qoxusundan bağçada durmalı deyil. Bütün bağçaların hamısının suyunu kəsiblər. Axı bizim orda gələcəyimiz olan övladlarımız var. Ayıbdı, belə olmaz axı. Bu məmurlar Yeziddilər? Müharibədə qələbə çaldığımız üçün bizdən qisas alırlar?! Mən xahiş edirəm bu problemi ictimailəşdirin".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...