XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Şəmkir şagirdləri təhsildən yayındırılır - YENİ MÜDİRİN SƏRGÜZƏŞTLƏRİ

Şəmkir şagirdləri təhsildən yayındırılır - YENİ MÜDİRİN SƏRGÜZƏŞTLƏRİ

Şəmkir şagirdləri təhsildən yayındırılır - YENİ MÜDİRİN SƏRGÜZƏŞTLƏRİ
16-04-2021, 11:56

"Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev bir neçə gündür ki, vəzifəyə təyin olunsa da özünü işğüzar rəhbər kimi göstərmək istəyib. Lakin yeni müdirin təhsil qanunvericiliyindən bixəbərliyi özünü göstərib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.


Məqalədə daha sonra bildirilir: "Belə ki, Şəmkir Rayon Təhsil Şöbəsinin facebook səhifəsində yazın gəlişi ilə əlaqədar Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərində ağacəkmə aksiyasına start verildiyi ilə bağlı paylaşım olunub. Qeyd olunan paylaşımda şagirdlərin ağac əkdiyi əks olunan şəkillər paylaşılıb. Şagirdlərin ağacəkə aksiyasına cəlb olunmaları qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasıdır.

Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 7.2-ci bəndinə əsasən təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Bu məqamda daha bir sual yaranır: əkilən ağaclar haradan alınır? Nəzərə alsaq ki, Şəmkir rayonunda 78 məktəb var, əkilən ağacların sayı çox maraqlıdır. Görəsən yeni müdirin pulsilmə tədbirləridir yoxsa təzyiqləri?"

İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












XalqXeber.Az
ƏN ÇOX OXUNANLAR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.