"Mənə əlillik dərəcəsi düşür, amma ala bilmirəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
"Müharibədə yaralanıb kontuziya aldım və yaddaşımı itirdim. İndi bir xeyli bərpa olmuşam, amma yaddaş problemlərim qalır. Ayağımda və qolumda qəlpə var, qulağım zəif eşidir. Ancaq mənə əlillik təyin edilməsi gecikdirilir”.
DİA.AZ xəbər verir ki, Gədəbəyin Alnabat kəndinin sakini Şükür İsmayılov belə deyir.
26 yaşlı Şükür müharibə başlayanda çağırılıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün olanları, gördüklərini tam xatırlamır, ancaq sənədlərdə nələr yazıldığını bilir. İki həftə döyüşüb, Füzuli istiqamətində mühasirəyə düşüb və yanında mərmi partlayıb.
“Həkimlər ayağımdakı və qolumdakı qəlpəni çıxara bilməyiblər. Yaddaşım da tam bərpa olunmayıb. Eyni zamanda, qulağım da yaxşı eşitmir. İlk başda Bakıda Hərbi Hospitalda, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə olunmuşam. Hər birinin də verdiyi sənədlər durur. Yəni mənə əlillik dərəcəsi düşür, dəqiqdir. Sadəcə gecikdirirlər nəsə”, - qazi deyir.
Şükür İsmayılov çəliklə güclə yeridiyini deyir. Beli ağrıyır, qolundakı şiddətli ağrılardan gileylənir. Deyir, belə vəziyyətdə işləməsi mümkün deyil. Ailəlidir, 2 azyaşlı övladı var. Onlara baxmaq məcburiyyətindədir. Buna görə əlillik pensiyası alması şərtdir. Başqa heç yerdən gəliri yoxdur:
“Normal evim də yoxdur ki, satım verim ehtiyaclarıma. Valideynlərimlə birgə yaşayıram. Heç ürəyimdən keçən kimi müalicə olunmağa da imkanım çatmır. Qulağım yaxşı eşitmir, boğazıma tikiş qoyulub. Yaddaşım da gedir-gəlir”.
Şükür İsmayılov deyir ki, aylar öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Gədəbəy-Şəmkir üzrə Tibbi-Sosial Ekspert Komissiyasından keçib. Sonradan yenə bir neçə dəfə komissiyaya gedib-gəlib. Hər dəfəsində də “sənə əlillik dərəcəsi təyin edilib. Tezliklə təqaüd alacaqsan”, - cavabını alıb:
“Hər dəfə arxayınlaşdırıb evə göndərirlər. Amma heç nə düzəlmir. Bəs mən ailəmi, uşaqlarımı dolandırmalıyam axı. Sənədlərimin Bakıya göndərildiyini deyirlər. Daha nə qədər gözləməliyəm, bilmirəm. Həqiqətən dolanışığım çox çətindir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək