Övladı üçün kömək istəyən Biləsuvar sakini məmurlardan narazıdır - VİDEOGİLEY
Biləsuvar rayon Bəydilli (Bəydili) kənd sakini Abbasova Gülarə Əliabbas qızı Cebhe.info-nun redaksiyasına müraciət edərək, sağlamlıq imkanları məhdud olan 6 yaşlı oğlu Abbasov Sadiq Sahib oğluna (uşaq danışa bilmir və eşitmir) Heydər Əliyev Fondu tərəfindən ayrılan bayram sovqatlarını uzun müddətdir ki, ala bilmədiyini bildirib.
Onun sözlərinə görə, yalnız bir dəfə bayram sovqatı ala bilib. Abbasovlar ailəsi problemlə bağlı Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərova müraciət edərək, kömək istəsələr də, onların şikayətinə heç bir münasibət bildirilməyib.
Çətin şəraitdə yaşayan ailənin hər üç üzvünün (ata, ana və uşaq) sağlamlıq imkanları məhduddur. Lakin buna baxmayaraq, Abbasov Sadiq yenə də fəhlə işləyib, ailəsinin ehtiyaclarını ödəməyə çalışıb.
Abbasova Gülnarə bildirir ki, oğlu 6 yaşlı Sadiqin eşitməsi üçün aparat yerləşdirilməlidir. Lakin ailənin buna maddi imkanı çatmır. Uşağa verilən sosial müavinətlə isə bunu etmək mümkün deyil. Ona görə də Abbasova Gülnarə aparatı almaq üçün imkanı olan şəxs və ya qurumlardan yardım xahiş edib.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud olan 18 yaşına çatmamış uşaqlara Heydər Əliyev Fondundan ayrılan yardımın çatmaması ilə bağlı bənzər şikayətləri araşdırarkən problemi Sosial Xidmətlər Agentliyi icra nümayəndələrinin, onlar da Agentliyin üzərinə atır. Beləcə, iki qurum arasında qalmış vətəndaşlar çıxılmaz duruma düşürlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək