"Nazirlik Prezidentin sərəncamı ilə tikdiyi evi tam təhvil vermir" - Milli Qəhrəmanın qardaşı
Azərbaycanin Milli Qəhrəmanı Arif Qədiməliyevin qardaşı Mehman Qədiməliyev Prezidentin sərəncamı ilə onlar üçün tikilən evin yarımçıq və keyfiyyətsiz materiallardan inşa edildiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən M. Qədiməliyev bildirib ki, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 2020-ci ildə tikilib təhvil verilməli olan ev hələ də tam hazırlanmayıb. O iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Vüsal Xangəldiyev onları aldadaraq əvvəlcədən evin təhvil verilməsinə dair akt imzalatsa da, daha sonra ev yarımçıq şəkildə Milli Qəhrəmanın ailəsinə verilib.
Mehman Qədiməliyev iddia edir ki, müqavilədə göstərilsə də, evdə mətbəx mebeli yoxdur, döşəmələr nasazdır, yaxşı quraşdırılmayıb, evin ətrafındakı dəmir çəpərlər yararsızdır, hamam və qovşaqlar üçün santexnik cihazlar quraşdırılmayıb.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən Yeniavaz.com-a bildirildi ki, məsələ araşdırılacaq.
Qeyd edək ki, Milli Qəhrəmanın ailəsi üçün ev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Prezidentin 2014-cü il, 20 iyun tarixli, 569 nömrəli Sərəncamının icrası çərçivəsində tikilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək