SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Gəncədə təhsili gözüyumulu idarə edirlər" - NARAZILIQ!

"Gəncədə təhsili gözüyumulu idarə edirlər" - NARAZILIQ!

Tarix:

7-04-2021, 09:03

/ 593 dəfə oxundu.
"Gəncədə təhsili gözüyumulu idarə edirlər" - NARAZILIQ!

 "Bu bizim təhsil nazirliyinin qanunsuzluqları və ədalətsizlikləri barədə yazmış olduğumuz 12-ci müraciətdir". DİA.AZ bildirir ki, bu sözlər Gəncə şəhər sakinləri Həsənov İlham Musaoğlunun və Hüseynov Valeh Məmmədoğlunun birgə müraciətlərində yer alıb.

Daaha sonra narazı vətəndaşlar ölkə başçısına ünvanladıqları müraciətlərində yazırlar: "Ancaq 11 müraciətin heç birinə rəsmi cavab almamışıq. Ona görə ki, təhsil nazirliyinin şöbə müdirləri Eşqi Bağırov və Muxtar Məmmədov, TN-nın əməkdaşı Rəşad Musayev və Gəncə şəhər təhsil şöbəsinin müdiri Anar Qədiməliyev artıq hədəqədən çıxıblar. Heç kəsi saymırlar. Hətta vətəndaşları dinləmək belə istəmirlər.

Məsələn, Anar Qədiməliyev deyir ki, "hara istəyirsiniz şikayət edin və nə istəyirsiniz yazın. Biz heç kimdən qorxmuruq". Rəşad Musayev telefonda bizə bildirir ki, 11-ci sinif şagirdləri repetitor yanına getdiyindən biz onların müvəffəq nəticələrini saya saymırıq. Hansı ki, Gəncədəki 30 və 29 saylı məktəblərin nəticələri vəzifədə saxlanılan 5 saylı məktəbin nəticələrindən çoxdur. Rəşad Musayevin bizə verdiyi cavab isə absurddur.

Deməli, o, bu cavabla özü də etiraf edir ki, Respublikada 11-ci sinif şagirdləri dərsə getmir. Və deyir ki, biz yalnız 9-cu siniflərin nəticəsini nəzərə alırıq. Bu da o deməkdir ki, keçi su bulandırır.... Ağıllarına nə gəlir onu da yazırlar. Anar Qədiməliyev nahaq yerə demir ki, mən nazir Emin Əmrullayevlə Amerikada bir yerdə oxumuşam. Onda bunların sonradan eyni marağa xidmət etmələrinə şübhə qalmır.

Onlar açıq-aşkar ölkə rəhbrliyindən çəkinmədiklərini də nümaayiş etdirirlər. Cənab prezident, bizi 65 yaş bəhanəsi ilə işdən çıxardıblar, sağ olsunlar... Biz heç nə demirik və heç nə istəmirik... nə də bu təhsildən xəbəri olmayanlarla işləmək fikrimiz yoxdur. Biz bircə məsələnin izahını istəyirik: Nəyə görə 70-85-yaşlı məktəb direktorları hələ də işləyirlər, biz isə yox?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ