SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR

Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR

Tarix:

8-05-2017, 16:48

/ 58 305 dəfə oxundu.
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR

Prezident cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına uyğun olaraq Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər məişət qayğıları tam ödənilmişdir. Ərazidə müasir standartlara cavab verən məktəb, uşaq bağçası və digər infrastruktur obyektləri yaradılmış, torpaq islahatı həyata keçirilmişdir. Füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.
Füzulidə həyat qaynayır desək yəqin ki, yanılmarıq. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq və baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olmaqla həm özlərinin sosial-iqtisadi rifahlarını, məşğulluqların təmin edirlər, həm də respublikada ərzaq bolluğu yaradılmasına öz töhfələrini verirlər.
Füzuli aqrar rayondur. Rayonda yaşayan insanlar əsasən taxıl, pambıq, barama, şəkər çuğunduru və heyvandarlıqla məşğul olurlar. Ölkə başçısının tapşırıqlarına və kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda 4000 ha ərazidə hər biri 1000 ha olmaqla 4 iri fermer təsərrüfatı yaradılıb, 2700 ha sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün Aqroparkın istifadəsinə verilib, 500 ha ərazidə isə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 ha sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır. 10 ha ərazidə istixana kompleksi təşkil edilib. Ümumilikdə isə 2016-2017-ci təsərrüfat ilində rayonda 36082 ha ərazidə taxıl əkini aparılıb ki, bunun da 24838 hektarı buğda, 11244 hektarı isə arpadır. Rayonda istehsal olunacaq ərzaq buğdasının Dövlət Taxıl fonduna tədarük olunması nəzərdə tutulur.
Rayonda kənd təsərrüfatının digər sahələrinin, xüsusilə ənənəvi təsərrüfat sahələrindın hesab olunan pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu il rayonda 2050 hektar sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkilən 2050 ha sahənin 836 hektarı MKT İK MMC, 95 hektarı ÇTZ Aqro, 1119 hektarı isə Füzüli Kənd Təsərrüfatı MMC tərəfindən aparılıb. Ölkə başçısının yerlərdə əhalinin məşğulluğunun təmin olunması, sosial-rifah halının yaxşılaşdırılması barədə verdiyi tapşrıq və göstərişlərinə uyğun olaraq 3000 artıq insanın pambıq əkilən sahələrdə işə cəlb olunması, onların məşğulluqlarının təmin edilməsi nəzərdə tutulur.
Rayonda baramaçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Artıq 730 qutu, 13870 qr barama toxumu rayona gətirilərək 236 kümçüyə paylanılıb. Baramaçılığın gəlirli sahə olması, qısa müddət ərzində böyük gəlir əldə edilməsinə imkan verməsi rayon sakinlərinin bu sahəyə marağını daha artırır. Rayonda bu il 35 tona yaxın yaş barama istehsal olunması, 1000 nəfərdən artıq insanın isə müvsümü işə cəlb olunaraq yüksək qazanc əldə etmələri təmin edilmişdir.
Rayon sakinlərinin həyatyanı və pay torpaqlarından səmərəli istifadə etməsi, kənd təsərrüfatı məhsullarına olan tələbatlarının özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödənilməsi ilə bağlı məsələlər də öz həllini tapmışdır. Belə ki, ərazidə 500 hektara yaxın sahədə şəkər çuğunduru, 170 ha sahədə kartof əkini həyata keçirilib, o cümlədən həyatyanı sahələrdə bol bostan-tərəvəz məshullarının istehsalı üçün əkin aparılıb.
Heyvandarlığın inkişaf etdirilməsi, əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi üçün də ciddi tədbirlər görülür.
Rayonda həyata keçirilən tədbirləri, görülən işləri saymaqla qurtarmaq olmaz. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır! Həqiqətən də Füzuli rayonunda kənd təsərrüfatının müxtəlif sahələrində görülən işlər, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunması istiqamətində aparılan tədbirlər ürəkaçandır.
Füzuliyə gələn insanlar bu yerlərdə gözəlliyin, insanların öz halal zəhmətləri hesabına gələcəklərini qurmalarının şahidi olur, füzulililərin xoş günlərinə sevinirlər. İşləyərək halal zəhmətləri ilə öz işıqlı sabahlarını quran füzulililər ölkə başçısına, onun xanımına olan inam və məhəbbətlərini öz əməlləri ilə təsdiq edirlər.
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLARFüzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR
Füzuli bu gün: Görülən işlər həyata keçirilən tədbirlər-FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ