SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elnur Rzayevin Xaçmazı viran günə qalıb... - Modern idarəçilik budurmu?

Elnur Rzayevin Xaçmazı viran günə qalıb... - Modern idarəçilik budurmu?

Tarix:

13-03-2021, 20:47

/ 1 098 dəfə oxundu.
Elnur Rzayevin Xaçmazı viran günə qalıb... - Modern idarəçilik budurmu?

Həmişə Xaçmaz rayonundan söhbət düşəndə nəsə yadıma rəhmətlik Qasım bəy Zakirin bir misrası düşür .
Xandəmirov çaldı-çapdı mahalı.
Bəli, gəlib-gedən icra başçıları Xaçmazı əməlli-başlı çalıb-çapıblar. Amma bu proses bir yerdə dayanmalıdır axı.
Məhz buna görə də, ötən ilin oktyabr ayında prezident İlham Əliyev Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edərkən demişdi:
“Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.”
Bəli, ölkə başçısı bundan artıq nə desin ?
Sənə yüksək səviyyədə etimad göstərirlər, məsləhət verirlər, yol göstərirlər…qalır işləmək. Çox təəssüf ki, bəzi gənc icra başçıları bu etimadı doğrultmur.
Xaçmazın yeni icra başçısını müəyyən mənada yeni hesab etmək olmaz. Cənab Elnur Rzayev 34 yaşında Gəncə boyda şəhərdə 1-ci müavin olub, Yelmar Vəliyevin yanında böyük “şkola” keçib, təcrübə qazanıb. İndi necə təcrübə, müsbət, yoxsa mənfi, bunu zaman göstərəcək.
Son vaxtlar Xaçmaz rayonundan Gundelik-baku.com-a çoxsaylı şikayətlər daxil olur.
Məlumdur ki, Xaçmaz rayonu öz gözəl təbiəti ilə əsl turizm zonasıdır. Rayonun ərazisində yerləşən Nabran isə hələ sovet dövründə məşhur idi. Moskva, Leninqrad kimi şəhərlərdən hər yay xeyli sayda turist gəlirdi Nabrana. Bəs bu imkandan niyə bu gün istifadə edilmir.
Axı, ölkə başçısı da dəfələrlə qeyd edib ki, rayonlar dövlət büdcəsinə yük olmamalıdır, nə qədər dotasiya ilə yaşamaq olar.
Axı, yeni başçı dünyanın bir çox ölkələrində olub, özü də modern icra başçılarından sayılır.
Bəs niyə bu məsələlərə diqqət ayırmır.
Məlumdur ki, karantin dövründə dünya iqtisadiyyatı böhran keçirir, böhrandan az itkilərlə çıxmaq üçün hamı düşünür.
Nabranda isə əksinə sahibkarlara mane olurlar. Təsəvvür edin, bir tərəfdən böhran, karantin, o biri tərəfdən isə məmurların özbaşınalığı.
İcra nümayəndələri, bələdiyyə sədrləri sahibkarlara kömək etmək, turizmi inkişaf etdirmək əvəzinə sahibkarlara zülm edirlər.
Axı, nə üçün turizm zonasındakı obyektləri buldozerlə uçurdursunuz?
Gundelik-baku.com-a daxil olan məlumata görə, Nabran bələdiyyə sədrinin arxasında məhz icra başçısı Elnur Rzayev durur.
Modern idarəçilik budurmu, cənab başçı ? //Gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ