SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qarabağ Qazilərini incidən başçı haqda ŞOK İDDİALAR... - İTTİHAM

Qarabağ Qazilərini incidən başçı haqda ŞOK İDDİALAR... - İTTİHAM

Tarix:

10-03-2021, 12:48

/ 545 dəfə oxundu.
Qarabağ Qazilərini incidən başçı haqda ŞOK İDDİALAR... - İTTİHAM

Uzun illər yazırdılar ki, vəzifəli şəxslərin çoxu yaşlıdır, qocadır, xarici ölkələrdəki məmurların çoxu isə gənc nəsilin nümayəndəsidir-filan.
Yazılanlarda müəyyən həqiqət payı var. Amma müdriklərdən biri deyib ki, “Elə şeylər var ki, onu YAŞ gətirir “.
Yəni 5 universitet, akademiya bitirə bilərsən, fransızca bülbül kimi ötərsən, amma...həyat təcrübəsi özü bir universitetdir. O “universiteti” bitirməsən, problemlər tez-tez baş verəcək.
Son illər ölkəmizdə də xeyli sayda gəncə, ümumiyyətlə, gəncliyə etimad olunur. Bu özlüyündə yaxşı haldır. Ancaq etimadı da doğrultmalısan.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları deyir ki, yüksək vəzifələrə müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar cəlb edilməlidir.
Cənab Prezident onu da əlavə edir ki, siz gənclərə etimad göstəririk, amma etimadı doğrultmasanız...
Prezident İlham Əliyev cənabları 05 mart 2020-cildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Nahid Bağırovu aprelin 19-da cəzalandırıb, təzə icra başçısına töhmət elan edib.
Təsəvvür edirsiniz, cəmi 1 ay 14 gün sonra töhmət və cəza:
Prezident İlham Əliyev İsmayıllı RİH-nin başçısı Nahid Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə TÖHMƏT elan edilib.
Bəli, 1 ay 14 gün sonra rayonun icra başçısına töhmət verildi.
Rəsmi və qeyri-rəsmi məlumatlarda gənc icra başçısının İsmayıllı meşələrində YAYLAĞA çıxdığı bəlli oldu.
Söhbət YAYLAQ-dan düşmüşkən, gundelik-baku.com-a daxil olan məlumata görə, Ağstafanın 34 yaşlı yeni icra başçısı Seymur Orucov da tez-tez YAYLAĞ-a çıxır.
Əlbəttə, İsmayıllının icra başçısı həqiqətən də yaylağa çıxmışdı. Amma Seymur Orucov məcazi mənada, yəni obrazlı desək, tez-tez YAYLAĞA çıxır. 35 yaşlı təzə icra başçısı hətta ona verilmiş xidməti evin qarşısında da özü üçün xudmani bir YAYLAQ yaradıb. Və gününün çoxunu orada keçirir.
Hətta redaksiyamıza daxil olan məlumata görə, təzə icra başçısı rayona isinişə bilmir, tez-tez Bakıya gəlir, “Elmlər Akademiyası” tərəfdə özü üçün balaca yaylaq düzəldib, günün çoxunu orada olur.
Bunları yazmaqda məqsədimiz odur ki, gənclərə etimad yaxşıdır, amma onların yaşadığı həyat tərzini də nəzərə alın.
Bir də...
Ötən yazımızda qeyd etdiyimiz kimi, axı 34 yaşlı gənc icra başçısı 350 min manatlıq zirehli xarici avtomobili hansı pulla alıb ?
İcra başçısının xanımı Çeşmə müəllimə üst-başını silkələsə 100 min manatlıq zinət əşyaları tökülər. Görəsən, Çeşmə xanım Maştağada müdirə olduğu uşaq bağçasına da bu libasla gedir ?
Biz başa düşürük ki, bir filmdə deyilən kimi “Bir tərəfi Şəkixanovlardan, bir tərəfi Bakıxanovlardan“ olan Seymur Orucov öz istedadı, bacarığı hesabına deyil, dayısı Həmkarların sədri Səttar Mehbalıyevin və Narxoz-un keçmiş rektoru Şəmsəddin Hacıyevin hesabına vəzifələrə YÜKSƏLİB.
Növbəti yazıda təzə icra başçısının “Yaylağa” çıxmasından bəhs edəcəyik.
Bizi izləyin. //gundelik-baku.com//

***

DİA.AZ xatırladır ki, Seymur Orucovla elə dünən ilginc bir şikayət materialı yerli KİV-də yayılmışdı. Həmin materialı təkrar diqqətinizə çatdırırıq:

“Məşğulluq 3 aydır məni get-gələ salıb. Heç kim maraqlanmır ki, bu adam nə yeyir, nə içir, necə dolanır? Rayon rəhbərinin müavininə deyirəm, deyir gözlə. Nə gözlə? Rayonun başçısı bir dəfə gəlib qapıma, şəkil çəkdirib, gedib, vəssəlam. Ombam qırıq, bədənimdə 12 qəlpə var, yaralı gəlmişəm. Heç kim maraqlanmır”.
Bu sözləri Yeniavaz.com-a Vətən müharibəsi qazisi, Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Nəzirli Bəhram Hüseynəli oğlu deyib. O bildirib ki, əmək qabiliyyətini itirdiyi üçün ona təsərrüfat yaradılmasını istəyir: “2020-ci ilin dekabrın 25-də rayonun məşğulluq idarəsinə müraciət etmişəm. Əmək qabiliyyətimi itirdiyim üçün həkim işləməyimə icazə vermir. Çünki qəlpə qolumda sümüyü zədələyib və ombamı qırıb. Həkim deyir ki, sənin ən az 3-4 il iş qabiliyyətin yoxdur. Mənə təsərrüfat yaradılması üçün müraciət etmişəm. Amma 3 aydır məni get-gələ salıblar. Maraqlanan yoxdur”.
B. Nəzirli bildirir ki, könüllü olaraq ordu sıralarına qoşulub və Şuşada yaralanıb: “Oktyabrın 26-sı könüllü olaraq döyüşlərə yollanmışam. Noybar ayının 7-də Şuşada yaralanmışam. Şuşaya çıxmışdıq ki, bizə dedilər istiqamət dəyişir, Xankəndiyə gedəcəksiniz. Yola düşəndə artilleriya bizi vurdu”.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə və Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdik. Hər iki qurumdan məsələnin araşdırılacağı və bu barədə məlumat veriləcəyi bildirildi.

***

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ