Samuxda Prezidentə dərdini deyən şikayətçiyə təzyiq edirlər... - Özbaşınalıq...
- 5-03-2021, 09:15
- 615
Azinforum.az olaraq Qafarov Məhərrəmlə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, müraciəti edən Bayramov Bilalla onun arasında ədavət var: “O, bir neçə dəfə mənimlə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər edib. İndi də barəmdə başdan-ayağa böhtan danışıb. Bu səbəbdən də, mən sizn saytı və həmin adamı məhkəməyə vermişəm. Sizdən xahiş edirəm ki, obyektivliyi qoruyan sayt olduğunuzu sübut etmək üçün, mənim də sizə göndərəcəyim videomüraciəti yayımlayasınız”.
Redaksiyadan: Vətəndaşların şikayətlərini işıqlandırmaq bizim jurnalist kimi borcumuzdur. Təbiidir ki, media prinsiplərini əsas tutan sayt olaraq, biz bütün tərəflərə bərabər tribuna verməyə hazırıq. Bu baxımdan da, Qafarov Məhərrəmin də bizə göndərəcəyi videomüraciəti məmnuniyyətlə yayımlaya bilərik. Hansısa məsələ ilə bağlı məhkəməyə müraciət etmək isə istənilən vətəndaşın öz hüququdur.