XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO

Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO

Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO
4-02-2021, 09:29

Xəbər verdiyimiz kimi, Dekabrın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, İcra başçısı Namiq Zeynalov həbs edilib.

XəbərAl.az saytının məlumatına görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bunu deməyə əsas verir ki, Namiq Zeynalov Cəlilabad sakinlərinin yaddaşında ən rüşvətxor icra başçısı kimi qaldı.

Kobud, insanlarla dil tapa bilməyən, “burda mənəm bağdad da kor xəlifə” məsəli və Cəlilabadın ən ucqar kəndlərinin əkin və örüş sahələrini, hətta məktəb binalarını satmaqdan belə, çəkinməyib.

Məktub da bildirilir ki, Cəlilabadın DTX tərəfindən həbs edilən icra başçısı Namiq Zeynalov Nizami Alişanov adına tam orta məktəbin yerini 1 ha 70 sot saxta sənədlərlə Maşlıq kənd sakini Ağayev Şahin Qulamhuseyn oğluna 27500 manata satıb.

Vətəndaşlar onuda bildirirlər ki, Ağayev Şahin əvvəllər Cəlilabad rayon Əmlak komitəsinin müdürü və hazırda Sumqayıt şöbəsinin müdürü Ramin Paşayevin dayısı oğludur.

Belə çıxır ki, Cəlilabadın həbs edilən icra başçısı ilə etibarlı adam kimi “bazarlığı” məhz Ramin Paşayev edib.

Fikir verin icra başçısı gör nə qədər düşüncəsiz, nəfisgir adamdır ki, bir kəndi təhsilsiz qoyub binanı və torpaq sahəsini saxta sənədlərlə imkanlı bir adama satıb.

Atalarımız yaxşı deyib: Bir ölkəni, eli-obanı məhv etmək istəyirsənsə onun təhsilini əlindən al!

Belə çıxır ki, həbs olunan icra başçısı Namiq Zeynalov üçün haranın torpağı olur-olsun heç bir fərqi yox imiş, bu adam ancaq pulu düşünürmüş.

Cəlilabad rayon Maşlıq kənd Nizami Alişanov adına tam orta məktəbinin həyətyanı sahəsi satıldığından məktəb çox baxımsız vəziyyətdədir, şagirdlər kəndin hansı tərəfindəsə məktəb tikiləcəyi ümüdü ilə pul müqabilində satılmış köhnə məktəb də müvəqqəti sığınıblar.

Demək olar ki, məktəb artıq Təhsil şöbəsinin deyil şəxsi adamın ixtiyarındadır.

Məktəbin artıq idman meydançası, sökülüb, yeri şumlanılıb, həbs edilən icra başçısı Namiq Zeynalovun göstərişi ilə əkin əkmək üçün verilib sahibkar Ağayev Şahinə.

Deyilənə görə, alqı satqı zamanı pulun 27500 manatı sənəd alınması üçün Cəlilabad rayon Əmlak Komitəsinə və 10.000 manat isə həbs edilən eks icra başçısı Namiq Zeynalova çatıb.

Çox güman ki, bizim bu yazımızdan sonra Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar Cəlilabad rayon Maşlıq kəndinin Nizami Alişanov adına tam orta məktəbi yerli məmurların vasitəçisi olduğu, pul qarşılığında satılan məktəb şəxsi adamdan alınıb kənd sakinlərinin ixtiyarına veriləcək.

Azərbaycan təhsilinin inkişaf etdiyi bir dönəmdə bu cür hərəkət qəbul olunmazdır.
Cəlilabadın Həbs Olunan İcra Başçısı Maşlıq Kənd Tam Orta Məktəbin Həyətini Kimə Və Neçiyə Satıb? - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.