SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvarda görünməmiş alver: - Dövlətin milyonlar xərclədiyi toprağı kimlər satır?

Biləsuvarda görünməmiş alver: - Dövlətin milyonlar xərclədiyi toprağı kimlər satır?

Tarix:

26-01-2021, 14:20

/ 585 dəfə oxundu.
Biləsuvarda görünməmiş alver: - Dövlətin milyonlar xərclədiyi toprağı kimlər satır?

Biləsuvar rayonunda dövlətin milyonlarla pul xərcləyərək meliorasiya edib əkinə yararlı vəziyyətə gətirdiyi torpaq sahələri vətəndaşlara həyətyanı torpaq kimi satılır. Sözügedən ərazilər Biləsuvar rayon Bəydilli (Bəydili) kənd bələdiyyəsinin balansındadır.

İddilara görə, Bəydilli kənd bələdiyyəsinin sədri İlqar Kərimov və kənd icra nümayəndəsi Adil Cəfərov birlikdə bu torpaqları sakinlərə satırlar.

Məsələnin digər tərəfi odur ki, bu ərazilərdə ev tikmək çox təhlükəlidir.

Çünki həmin torpaqlar meliorasiya olunan zaman əraziyə bir neçə su drenləri quraşdırılıb. Həmin drenlərin tikilməsinə şahidlik edən yaşlı sakinlər tikinti prosesinin necə aparıldığını da Cebhe.info-ya danışıblar.

Sakinlərin sözlərinə görə, həmin drenlərin əkin sahəsində quraşdırılması üçün öncə ərazi 12-20 metr enində və 9-12 metr dərinliyində qazılır. Qazılmış əraziyə daşlı qum tökülərək drenlər basdırılır. Bundan sonra diametri 20 sm, uzunluğu 50-60 sm olan yumru saxsı qablar təxminən 2 sm aralıqla düzülür. Əkin sahəsinin alt hissəsində düzülən həmin saxsı qabların bir ucu drenlərə, digər ucu isə yaxınlıqdakı kanala (əhali bu kanalları “şor kanalı” adlandırır-Ə.B) birləşdirilir. Beləcə, suvarmadan sonra qrunt sularının torpağı şoranlaşdırmasının qarşısı alınır. Yəni suvarmadan sonra əkin sahəsində yığılıb qalan qrunt suları həmin drenlərin vasitəsi ilə sovrulub kanallara tökülür.

Kanalların isə birləşərək Mahmudçalaya töküldüyü bildirilir. Belə demək mümkünsə, həmin drenlər və yeraltı düzülən saxsı qablar əkin sahələri üçün kanalizasiya rolunu oynayır. Sözügedən drenlərin üzərinə qoyulan dairəvi müşahidə betonlarının diametri isə 1.20 metrdir.

Həmin müşahidə betonlarının qoyulma məqsədi yeraltı drenlərdən suyun axıb-axmadığını yoxlamaqdır. İndi həmin ərazilərdə drenlərin görünməməsi üçün onlar ya doldutdurulur, ya da üzərindəki müşahidə betonları dağıdılaraq məhv edilir. Slindiri xatırladan müşahidə betonları dağıdılaraq drenlərin içinə doldurulur.

Beləliklə, axmağa yer tapmayan qrunt suları alt qatda toplanaraq şişməyə və boşluqlar yaratmağa başlayır. Ətrafdakı bütün su drenləri də demək olar ki, eyni vəziyyətdədir. Əsas məsələ isə bu ərazilərdə ev tikən sakinlərin tikililərinin sonrakı aqibətidir.

Sakinlər min bir zəhmətlə tikdikləri evlərin nədən dağıldığını bilmirlər. Lakin ərazinin alt qatı boş olduğu və qrunt suları çıxış tapmayıb “şişdiyi” üçün tikilinin ağırlığına tab gətirmir və divarlar çartlayaraq aralanır. Bəzi divarların çatlağı hətta əl qalınlığındadır.

Yəni həm dövlətin, həm də sakinlərin zəhməti məhv olur. Qazanan isə bu torpaqları qanunsuz satanlardır.

Lakin qanunsuzluqlar bununla da bitmir. Əkin sahələrinin satmaqla kifayətlənməyən şəxslər “şor kanalı”nı da dolduraraq həyətyanı torpaq kimi satırlar. Bundan xəbərsiz vətəndaş isə həmin ərazidə ev tikir. Bu evləri qarşıda nələrin gözlədiyi isə sual altında qalır.

Sakinlər qeyd edirlər ki, həmin ərazilərdə yol kənarında olan torpaqların 1 sotu 1000-1200 manatdan başlayır və yoldan uzaqlaşdıqca, qiymət 500 manatadək azalır. Maraqlıdır, bu torpaqları satan qurumlar torpaq alan hər vətəndaşa görə dövlətə nə qədər rüsum ödəyirlər?

Daha ətraflı ərazidən çəkilən videomaterialda izləyin.

Şərhlər

XƏBƏR LENTİ