Mülkiyyət hüququ olmayan vətəndaş Gəncə icra hakimiyyətini məhkəməyə verdi - QALMAQAL
Gəncə İnzibati-iqtisad məhkəməsi heç bir rəsmi mülkiyyət hüququ olmayan vətəndaşın şəhər icra hakimiyyətinə qarşı iddiasını icraatına qəbul edib.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, vətəndaş Hüseynov Sərxan Səlyan oğlu iddiaçı qismində 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin 1644 saylı sərəncamının etibarsız hesab edilərək ləğvini istəyir.
İddiaçının heç bir marağına toxunmayan və qanuni qüvvəsini almış bir sərəncamın belə asanlıqla mübahisələndirilməsi, eləcə də hakim Zəfər Quliyev tərəfindən sorğu-sualsız icraatına alınması olduqca maraq doğurur.
Məlumata görə, şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə mülkiyyət hüququ olan cavabdeh vətəndaş isə Mehriban Məmmədovadır.
Xatırladaq ki, adıçəkilən vətəndaşlar arasında mülki mübahisə aylardır ki, baş qaldırıb.
Xəbər verdiyimiz kimi, Sərxan Hüseynov heç bir hüquqi əsaslar olmadan M.Məmmədovanın mülkiyyətini zorla ələ keçirib, bu özbaşına işdə isə ona Gəncə İcra məmurları və hakimlərin əsassız qərarları yardım edib.
Bizə sızan özəl bilgiyə görə, icra hakimiyyəti müvafiq sərəncamı qanuni hesab edir və onun etibarda saxlanılması üçün bütün hüquqi müdafiə taktikasından istifadə edəcək.
Bundan öncə də İHB rəsmiləri şəhər mərkəzindəki binanın zirzəmisini "işğal edən" və iddia üçün heç bir mülkiyyət hüquqları olmayan Sərxan Hüseynova yazılı izahatlar və etirazlarını bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...