SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY

Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY

Tarix:

15-01-2021, 09:41

/ 576 dəfə oxundu.
Kürdəmirdə xəstələrin tək ümidi Allahdır... - GİLEY

Ölkəmizdə COVİD – 19 ilə mübarizə apardığımız on aya yaxın müddətdə hələ də virusa yoluxan xəstələrin çoxu ya xəstəxanalarda yer tapmaqda çətinlik çəkir, ya da tibbi yardım ala bimir.

Kürdəmir rayonunun Söyüdlü kənd sakini İftixar İbadovun ailəsi də belə problemlə üzləşib.

Belə ki, noyabrın 20 – də İftixar İbadov ailə üzvlərində (5 nəfər) virusun simptomlarını hiss etdiyi üçün rayonun Mərkəzi Xəstəxanasının təcili tibbi yardımına (103) zəng edib. Elə həmin gün İbadovlar ailəsindən COVİD – 19 üçün test götürülüb. Noyabrın 24 – də xəstəxanadan məlumat verilib ki, testin nəticələri pozitiv çıxıb.

“Anamın 78 yaşı var, vəziyyəti ağır olduğundan onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi üçün baş həkim Eynulla Novruzova müraciət etdim. Ancaq o, müraciətimə cavab olaraq bildirdi ki, xəstəxanada yer yoxdur. Çox xahiş – minnətdən sonra baş həkim anamın Cəlilabad rayonunun Mərkəzi Xəstəxasına yerləşdirilməsi üçün göndəriş verdi və anamı xəstəxanaya yerləşdirdik”, deyə İftixar İbadov “Gözətçi”yə bildirib.

İftixar İbadov isə övladları ilə birlikdə ev şəraitində müalicə alıb: “Biz isə məcbur olub müalicəmizi ev şəraitində aparmalı olduq. Ancaq bu müalicə müddətində bizimlə nə maraqlanan oldu, nə də dövlət tərəfindən hər hansı bir tibbi yardım göstərən. Sağaldıqdan sonra evimizi gəlib dezinfeksiya edən də olmadı. Bununla bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına şikayət bildirsəm də, nəticəsiz qalıb.”

İbadov deyir ki, anası Şəkər İbadovanın müalicəsinin xərclərini Cəlilabad rayon Mərkəzi Xəstəxanası öz üzərinə götürüb, ancaq özü və üç övladının koronavirusdan sağalması ona 700 manata başa gəlib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ