Tovuzda müəllimləri sahələrdə işlədirlər
İndiyədək kartofu, üzümü ilə tanınan Tovuz rayonda bundan sonra tütün də yetişdiriləcək. Bu il rayonda 50 hektarda tütün əkilib. Bildirək ki, əvvəllər də Tovuzda tütün becərilib. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından da tütünçülüyün genişləndirilməsi yaxşı perspektivlər vəd edir. Bunu qeri-neft sektorunun inkişafı ilə bağlı müşavirədə ölkə rəhbəri də xüsusi olaraq qeyd etmişdi. Amma Tovuz rayonunda tütünçülüklə bağlı maraqlı məlumat daxil olub. Belə ki, Tovuz rayonundan verilən məlumata görə, orta məktəb və bağça müəllimləri tütün ştili əkməyə cəlb olunub. Bu işdən imtina edən müəllimlər isə işlərindən kənarlaşdırılmaqla təhdid edilir.
Onu da bildirək ki, Tovuz rayon rəhbərliyində hazırda gərginlik yaşanır. Belə ki, bir müddət öncə icra başçısının müavini-sağ əli, həm də yaxın qohumu müəmmalı şəkildə iş otağından aparılıb…
Mövzunu diqqətdə saxlayacağıq…

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...