SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuzda peyda olan TENDER KRALI... - İLGİNC FAKTLAR

Tovuzda peyda olan TENDER KRALI... - İLGİNC FAKTLAR

Tarix:

11-01-2021, 10:36

/ 831 dəfə oxundu.
Tovuzda peyda olan TENDER KRALI... - İLGİNC FAKTLAR

Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
DİA.AZ açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pramida az Ltd” MMC-yə (VÖEN: 1805008611) olub.
“Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” mətbəə məhsulları üzrə xərclərin satınalınması üçün “Pramida az Ltd” MMC -yə 39 min 295 manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, “Pramida az Ltd” MMC müsabiqə elanından cəmi 3 ay əvvəl – 07.09.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”-də yerləşir. “Pramida az Ltd” MMC-nin qanuni təmsilçisi Hacıyev Nazim Vəli oğludr.
Eyni ünvanda, eyni gündə və eyni nizamnamı kapitalı ilə qanuni təmsilçisi Hacıyev Nazim Vəli oğlu olan daha 2 şirkət - “Mugan az Constraksen” MMC və “Konus as Qrup” MMC də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust-sentyabr aylarında “Pramıda az Ltd” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu, 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var.
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:
Cəmi 2-3 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Tovuzda peyda olan TENDER KRALI... - İLGİNC FAKTLAR




Şərhlər

XƏBƏR LENTİ