Üç aydır şəhidlərə başdaşı yoxdur, Vidadi İsayevdən laqeydlik – Video
Bərdədə Vətən müharibəsi qəhrəmanlarına qarşı laqeydlik hökm sürür. Reportyor.info-nun verdiyi xəbərə görə, rayonda şəhidlərin məzarlarının bir çoxunun indiyə qədər başdaşları qoyulmayıb.
Hətta bəzi şəhid ailələri öz övladlarının qəbrini bu səbəbdən tapmaqda çətinlik çəkirlər. Artıq üç aya yaxın vaxt keçir və şəhidlərin qəbir daşı qoyulmayıb.
Hətta şəhid Xudayarın başdaşı da hazır deyil. Sakinlər bunu Bərdənin icra başçısı Vidadi İsayevin şəhidlərə olan biganə münasibəti ilə izah edirlər. İcra başçısı şəhidlərin məzarını ziyarət etməyib, maraqlanmayıb ki, kimin qəbir daşı götürülüb, kimin yox…
V.İsayev müharibədən əvvəl də şəhid ailələrinə etinasız, qaba münasibəti ilə digər məmurlardan fərqlənirdi. İndi də Qarabağı azad edən oğulların başdaşları qoyulmur və Bərdə İH qətiyyən narahat deyil. Həmin kadrları təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...