XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı - FOTO

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı - FOTO

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı - FOTO
4-01-2021, 11:41

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.
Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.