SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda harınlamış məmur... - Barəsində araşdırma başlayıb...

Beyləqanda harınlamış məmur... - Barəsində araşdırma başlayıb...

Tarix:

30-12-2020, 11:18

/ 696 dəfə oxundu.
Beyləqanda harınlamış məmur... - Barəsində araşdırma başlayıb...

Ermənistanın işğalı nəticəsində Azərbaycana vurduğu maddi və mənəvi ziyanın miqyası heç nəynən ölçülə bilməz. Göründüyü kimi, Ermənistan işğal etdikləri torpaqlarımızda, necə deyərlər, heç də əl sallayıb oturmayıb. Onlar bütün qanunsuz yollardan istifadə edərək sərvətlərimizi çapıb-talayıb, yerlə yeksan etməklə məşğul olublar. Bunun isə bir adı var, o da ŞƏRƏFSİZlik!
Düşmən qəsb etdiyi ərazilərimizdə törətmədikləri cinayətlər, vamdalizm hərəkətləri qalmayıb ki, ona imza atmasın və etməsinlər.
Bununla yanaşı, həm də onlar tarixi abidələrimizə qəsb etmiş,məsçidlərimizi, mədəniyyət ocaqlarımızı, səhiyyəmizi, eləcə də doğmalarımızın qəbirlərini darmadağın ediblər. Həmçinin, düşmən bununla yanaşı həm də ekoloji terrora da əl atmaqdan çəkinməyib, meşələrimizi yandıraraq, təbii sərvətlərimizi tar-mar etmişdirlər.
Bəli, bunu edən düşməndir. Başqa adı da yoxdur. Biz də bilirik ki, bunu yalnız və yalnız düşmən edər. Bir də düşmən xislətli adamlar.
Deyək ki, düşmən düşməndir. Düşmənilik edib tariximizə, mədəniyyətmizə qəsb edir, onu yer üzündən silməyə çalışıblar. Meşələri yandırır, ağaclarımızı kəsib, doğrayır, yaşıllıqları məhv ediblər.
Bəs yaxşı, öz içimizdə bunu edənlərə nə ad verək? Onlaradamı, düşməndi deyək? Düzü, deməyə nə bir ad, nə bir söz tapa bilmirəm. Nəysə, keçək məsələnin əsas məğzinə. Yəni ki, Beyləqan rayonunda bəzi harınlamış yerli məmurların ekoloji cinayətlərinə!
Son günlər Beyləqan rayonunda baş verən ekoloji cinayətlər bizi belə düşünməyə vadar edir ki, bəzi yerli məmurlar var ki, əməli ilə heç də ermənidən geri qalmır. Necə ki, bir neçə gündür Beyləqan rayon Yaşıllaşdırma İdarəsinin müdiri Nizami Vəliyev çox illik şam və çinar ağaclarını kökündən kəsdirib yerini də torpaqla doldurur ki, gedən – gələn görməsin. Buna görə isə ona, “gözün üstə qaşın var” deyən də yoxdur.
Belə ki, bir sıra qanunsuz əməllərinə görə cəzasız qalan Nizami Vəliyev Beyləqan rayon magistral küçəsində, Beyləqan şəhər Bələdiyyəsinin bir neçə metrliyində yerləşən, hansı ki həmin yerdə ayrı ayrı şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kommersiya məqsədli obyektlər tikilib ki, həmin ərazidə və obyektlərin qarşısında hündürlüyü 10 metrdən çox, gövdəsi isə (diametri) 60-70 sm. olan iki ədəd ağacı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin heç bir rəyi (araşdırma zamanı belə bir rəyin olduğuna dair heç bir rəsmi sənəd (rəy) təqdim edilməmişdir) olmadan kəsmişdir.
RealMedia.az xəbər verir ki, ağacların qanunsuz kəsilməsi ilə bağlı həmin əraziyə təşrif buyuran əməkdaşımız ağacların niyə və hansı səbəbdən kəsildiyini öyrənməyə çalışmışdır. Bu zaman, həmin ərazidə olan şəhər bələdiyyəsinin üzvü və Beyləqan Yaşıllaşdırma İdarəsinin müdiri ona bildirilib ki, ağaclar quruyub, bu səbəbdən də kəsilir. Əməkdaşımızda ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin razılıq rəyi olub olmamasını öyrəndikdə, ona şifahi formada rəyin olduğunu bildiriblər. Ancaq nədənsə sənədi ortaya çıxarmayıblar.
Bundan sonra əməkdaşımız ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovayla əlaqə saxlamış və mövcud vəziyyəti ona bildirərək, araşdırlma aparılmasını xahiş etmişdir. Məhz əməkdaşımızın ETSN-nin mətbuat xidməti ilə əlaqəsindən sonra Beyləqan rayon Yaşıllaşdırma İdarəsinin müdiri Nizami Vəliyev avtomobillərinə əyləşərək ərazini tərk etmişdir.
Bundan sonra əməkdaşımız yerli polis şöbəsinə məlumat vermiş və dərhal da əraziyə polis əməkdaşları gələrək iki böyük ağacın kəsildiyinin şahidi olmuş və ilkin araşdırmalara başlanılmışdır. Hazırda həm Beyləqan rayon polis şöbəsi tərəfindən, həm də ETSN-nin 9 saylı Regional Dövlət Ekologiya Xidməti əməkdaşları tərəfindən araşdırmalar aparılır.
P.S. ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yenidən redaksiyamızla əlaqə saxlayaraq məsələnin 9 saylı Regional Dövlət Ekologiya Xidməti əməkdaşları tərəfindən araşdırıldığını və bununla bağlı bizə məlumat verəcəyini bildirdi.

Şərhlər

XƏBƏR LENTİ