XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!

Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!

Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!
25-12-2020, 10:31

Biləsuvar rayon Bəydili kənd sakini Dədəliyev Cahandar Eldəniz oğlu Vətən müharibəsində qardaşının yaralandığını, ancaq bu günədək onlarla kimsənin maraqlanmadığını bildirib. O, Moderator.az-a olanları belə nəql edib:

“Qardaşım Əfsun Dədəliyev hərbi xidmətdədir. Əsgərdi, yanvar ayında xidmətini başa vurub ordudan tərxis olunacaq. Tərtərdə xidmət edirdi və Vətən müharibəsində o da döyüşlərə qatıldı və Suqovuşan kəndində yaralandı. Hospitalda müalicə olunduqdan sonra xidmətini davam etdirmək üçün ordu sıralarına yollandı. Hazırda Ağdərədə xidmətini davam etdirir. Qəlpəni isə həkimlər qıçından çıxarmağı məsləhət bilmədilər, dedilər ki, bu səni şikəst edə bilər. Mən özüm də hərbi xidmətdə olarkən 2016-cı il Şanlı aprel döyüşlərinin iştirakçısı olmuşam”.

Yaralı əsgərimizin qardaşı maddi durumlarından gileylənib və evsiz olduqlarını bildirib:

“Qardaşım yaralansa da bu günə kimi Biləsuvar rayon İcra Hakimiyyətindən bir adam qapımızı açıb bizimlə maraqlanmayıb. Ailədə iki qardaşıq. Atam və anamla birlikdə evimiz olmadığı üçün babamgildə yaşayırıq. Bu da müvəqqətidir. Sizin vasitənizlə dövlət başçımıza müraciət edirik. Xahiş edirik bizim mənzil problemimizin həll edilməsi üçün köməklik göstərilsin”.
Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.