SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz

Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz

Tarix:

15-12-2020, 10:54

/ 1 319 dəfə oxundu.
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz

Dekabr ayının 14-dən sərt karantin tədbiq edilir. Əla. Dəstəkləyirəm. Sağlamlıq önəmlidir.
Geriyə qalır “kiçik” bir problem. İnsanların sərt karantin dönəmində acından ölməməsi…
Vikipedik məlumatlara görə 2019-cu ilin siyahıya alınmasında Qazax rayonunun 28 min əhalisi var. Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin Dövlət Məşğulluq idarəsinin internet saytında verilən məlumata görə Qazaxda 3 minə yaxın işsiz adam var. Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və oğlu Elşən Babaşovun sürdükləri “BMW” və “Range Rover” avtomobillərinin 2-sinin bir yerdə qiyməti 500.000 avrodan çoxdur.”
Bunu sosial şəbəkədə aktiv olan vətəndaşlardan biri yazıb. Sonra o irinoya ilə davam edib:
“Növbəti 1 aylıq pandemiya dövründə ikisi də avtomobilini satıb pandemiyaya görə işini itirən, müharibədə əlini, ayağını, gözünü ayağını itirən insanlar arasında bölsələr insanlar bu çətin dönəmi keçirərlər.”

Aktualxeber.az

Şərhlər

XƏBƏR LENTİ