SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Mehdi Səlimzadə şikayətimdən sonra bir dəfə gəlib evimizə dəydi, çıxıb getdi” - Qazi ailəsi NARAZILIQ EDİR

"Mehdi Səlimzadə şikayətimdən sonra bir dəfə gəlib evimizə dəydi, çıxıb getdi” - Qazi ailəsi NARAZILIQ EDİR

Tarix:

15-12-2020, 10:34

/ 626 dəfə oxundu.
"Mehdi Səlimzadə şikayətimdən sonra bir dəfə gəlib evimizə dəydi, çıxıb getdi” - Qazi ailəsi NARAZILIQ EDİR

Göyçayın Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlu rayon İcra Hakimiyyətindən və Mərkəzi Xəstəxananın baş həkimindən narazıdır. DİA.AZ-ın məlumatına görə, o, deyir ki, oğlu 04.07.1997-ci il təvəllüdlü Rüstəm Məmmədov II Qarabağ döyüşlərində iştirak edib və ağır yaralanıb, lakin rayon rəhbərliyi evdə müalicə alan yaralıya etinasız yanaşıb: "Oğlum sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə aparıldı. 02 noyabr 2020-ci il tarixdə Suqovşanda gedən döyüşlərdə ağır yaralanıb. Ayağı bir neçə yerdən sınıb, başından və bədəninin müxtəlif yerindən qəlpə yaraları alıb. Bir müddət Yevlax rayon Xəstəxanasında müalicə olundu, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxıldı. Hazırda ayağı gipisdə - dəmir konstruksiyadadır. Hələ sağalmayıb. Sol nahiyədə görmə və eşitmə qabiliyyəti də yoxdur. Özüm Azərbaycan Dəmir Yolları QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir, digər 3 övladım azyaşlıdır".

Onun sözlərinə görə, oğlunun tam sağalmadan evə göndərilməsi və mülaicəsinə heç bir yardımın göstərilməməsi ailəni ağır durumda qoyub.

Ramazan Məmmədov yoxsul və acınacaqlı bir durumda yaşadıqlarını deyir: "Acınacaqlı, yoxsul vəziyyətdə yaşayırıq. Heç bir yerdən maddi köməyimiz də yoxdur. Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafədir. Hər gün oğlumu ora aparıb gətirməyə belə maddi imkanım yoxdur. Evimiz qəzalı vəziyyətdədir ki, hər an uça bilər. Göyçar Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə Vətən Müharibəsi qazisi olan ağır yaralı oğlumla maraqlanmırdı. Hansı ki oğlum Rüstəmin qazi olmasından onun xəbəri var idi. Yalnız mənim şikayətimdən sonra bir dəfə gəlib evimizə dəydi, sonra da çıxıb getdi. Necə ki kənd sakinləri gəlib baş çəkib gedirdilər, o da elə gəlib baş çəkdi, çıxıb getdi. Sonra isə məlumat yaydı ki, guya mənə dəstək göstəriblər, ancaq mən imtina etmişəm. Yalan danışıdrlar, mən bütün müalicə xərclərini özüm çəkdim. 300 manat maaş alıram, amma oğlumun müalicə xərcləri həddindən artıq çoxdur".

O deyir ki, oğlunu Bakıya aparmaq üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasından göndəriş almaq üçün günlərlə qapılarda qalıb: “Gördüm ki, baxmırlar, götürüb Ucara apardım. Əslində, Ucarın heç bizə aidiyyatı yoxdur. Amma orada Xaləddin həkim sağ olsun, müalicə yazdı, amma dedi ki, bu, mütləq Bakıya aparılmalı, MRT olunmalıdır, evdə müalicəsi effekt verməyəcək. Dedi ki, Göyçay Mərkəzi Xəstəxanası göndəriş verməlidir. Düz, bir həftəyə baş həkim Ləman Hacıyevadan bir sənəd ala bildim. İndi uşaq Bakıdadır, Silahlı Qüvvələrin Papanindəki Baş Klinik Hospitalında müalicə olunur, bilmirəm nəticəsi necə olacaq”.

Yaralı əsgərin atasının sözlərinə görə, oğlu əmək qabiliyyətini demək olar ki, itirib: “Rüstəm hərbi xidmətdə ağır yaralanıb, əmək qabiliyyətinin 90% hissəsini itirib. Ona əlillik dərəcəsi təyin edilməldir. Bilmirəm buna görə hansı əziyyətlərdən keçməliyik. Deyirlər ki, sənədləri toplayın, axı bu sənədləri necə toplayaq? Hadisə mülki həyatda olmayıb axı. Özləri sənəd verməlidirlər. Mənim Ali Baş Komandana müraciət etməkdən başqa əlimdən heç nə gəlmir”.
"Mehdi Səlimzadə şikayətimdən sonra bir dəfə gəlib evimizə dəydi, çıxıb getdi” - Qazi ailəsi NARAZILIQ EDİR

Şərhlər

XƏBƏR LENTİ