SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboyun “maliyyə şefi”nin başı üzərində “qara kabus” dolaşır - ŞOK İTTİHAMLAR

Goranboyun “maliyyə şefi”nin başı üzərində “qara kabus” dolaşır - ŞOK İTTİHAMLAR

Tarix:

14-12-2020, 23:41

/ 864 dəfə oxundu.
Goranboyun “maliyyə şefi”nin başı üzərində “qara kabus” dolaşır - ŞOK İTTİHAMLAR

Son vaxtlar ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də, məhz uzun müddət Goranboy rayon Maliyyə İdarəsində “çapolçuluq” işi ilə məşğul olmuş və belə bir səbəb üzündən də, ötən müddət ərzində əldə etdiyi var-dövlətinin məbləğini heç cür müəyyən etməyi bacarmayan İltifat Sadıqovun qanunsuz əməllərinin əksəriyyətə bəlli olmasıdır.
Bu yöndə müəyyən araşdırmalar aparılarkən o da aydın olur ki, sən demə bu idarədə məsul vəzifə sahibi olan şəxslər ötən illər ərzində ölkə qanunlarına əhəmiyyət vermədən öz əməlləri ilə məşğul olublar. Qol qoyulan hər növ qanunsuzluq əməllərinə idarənin rəisi İltifat Sadıqov rəhbərlik etdiyindən, bu gün o, Goranboyda olduqca imkanlı şəxslərdən biri hesab olunur. Məsələn, adı çəkilən bu şəxsin qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri, məhz onun Bakı şəhərində, Goranboyda və ərazilərdə külli miqdarda əmlaklara sahib olmasına səbəb olur.

Bir sözlə, İltifat Sadıqov Goranboyda maliyyə yeyintilərini ustalıqla həyata keçirdiyindən o, indiyə kimi hədsiz dərəcədə var-dövlətə sahib olub. Bu gün onun rayonda bir neçə villası, Bakıda mənzilləri və digər ünvanlarda neçə-neçə obyektləri var. Əgər konkret faktlara keçsək o halda qeyd edə bilərik ki, İltifat Sadıqovun Goranboy rayonu ərazisində, daha dəqiq desək Bakı-Gəncə yolunun kənarında “Buta Mebel” salonu, Borsunlu kəndində şadlıq sarayı və Həmənli kəndində böyük heyvandarlıq təsərrüfatı, Kəpənəkçi kəndində mebel sexi, bir sıra obyektləri və s. var.

Onun “Lexus” və “BMV” markalı bahalı avtomobilləri var ki, həmin avtomobillərə “22-BH-222” kimi “zerkalni nömrələr” vurulur. Bu şəxsin var-dövləti günbəgün artır. O halda ortaya belə bir sual çıxır ki, görəsən Goranboy rayon Maliyyə İdarəsinin rəisi bu qədər var-dövləti dövlətdən aldığı 600-700 manat əməkhaqqının qarşılığında əldə edib, yoxsa?
​ ​ ​ GundemXeber.Az-ın redaksiyasına daxil olan başqa bir məlumatda o da qeyd olunur ki, son vaxtlar İltifat Sadıqovun başı üzərində “qara kabus” dolaşmaqdadır. Yəni, onun yaxın vaxtlarda “görəvədən” salınacağı və barəsində cinayət işi qaldırılacağı haqda müəyyən çevrədə dolaşan söz-söhbətlər, məhz ona müəyyən addımlarını atmağa vadar edib. Belə ki, bir müddət bundan öncə Goranboyun “maliyyə şefi”nin Ağcakənd qəsəbəsindəki villasını 100 min manata qəssabçılıq fəaliyyəti ilə məşğul olan bir şəxsə satdığı söylənilir. Bundan əlavə, İltifat Sadıqovun “Goran” yolundakı ticarət mərkəzində mebel mağazasını satışa çıxarması da, son vaxtlar öz təsdiqini tapmaqdadır. Söylənilənlərə görə bu şəxsin belə bir addımlarını atmasına əsas səbəb, məhz onun hansısa əmlaka sahib olması haqda izi itirməyə çalışmasıdır.

Goranboy rayon Maliyyə İdarəsininin rəisi İltifat Sadıqov haqda yayılan başqa bir məlumatda o da bildirilir ki, bu şəxsin oğlu Sərdar Sadıqov Göranboy RİH Aparatında Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir və o, idarələrdən, təşkilatlardan rüşvət toplayan şəxs kimi tanınır. İddialarda da bildirilir ki, Goranboyun “maliyyə şefi”nin RİH Aparatında məsul vəzifə sahibi olan oğlu Sərdar Sadıqov, bu gün 100 min manat dəyərində olan avtomobildə gəzir. Həmin şöbə müdiri atası İltifat Sadıqovdan aldığı maliyyə hesabatlarından istifadə edərək, idarə və təşkilatların, bələdiyyələrin və s. büdcələrinin soyub-talamaqla məşğul olduğu qeyd olunur. Bütün bunların hər biri, məhz ortaya çoxsaylı sualların çıxmasına da səbəb olmaqdadır.

Mövzunu diqqətdə saxlayacağıq.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ