Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA - Özünə necə xal toplayır...
Sabirabad rayonu bir neçə kəndindən redaksiyamıza şikayət məktubu daxil olub. Çox ağrılı olanı odur ki, şikayət edənlər şəhid ailələridir. Sabirabadda II Vətən Savaşında şəhid olanların şəhid ailələri Rayon İcra Hakimiyyətinin davranışlarından və üzərlərinə düşən qanuni vəzifələrini icra etməmələrindən narazıdırlar.
Rayon sakinləri deyir ki, icra başçısının göstərişi ilə şəhid məzar konpleksləri hazırlanmır. Səbəb isə sadədir, RİH-dən deyirlər ki, dəfn xərcləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tərəfindən ödənilib. Bu vəsaitlər də 3 min manat təşkil edir. Əlavə olaraq "Hərbi xidmətdə olma haqqında" qanuna əsasən 11 manat da sığorta ödənişi həyata keçirilir. Lakin "şəhid statusu haqqında" qanunun tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları olaraq məzarüstü abidənin götürülməsi xərcləri dövlət vəsaiti hesabına ödənilir.
Gundeminfo.az-a danışan şəhid ailələri deyir ki, Heydər Əliyev Fondundan şəhid ailələrinə yas mərasimlərinin təşkili üçün 10 min manat yardım edilib. RİH deyirlər ki, əslində bu vəsaitlər onlara şəhidlərin məzarüstü abidlərinin gptürülməsi üçün RİH tərəfindən ödənilib. İddia olunur ki, həmin vəsait RİH tərəfindən idarə rəhbərlərindən toplanıb və sonunda təqdimat olunan zaman Heydər Əliyev Fondu tərəfindən ödənildiyi kimi qeyd edilib. Ona görə də Sabirabad Rayon İcra Hakimiyyəti şəhid məzarları üzərində məzarüstü abidələrin hazırlanması xərclərindən imtina ediblər. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...