Şamaxıda yaşayış yerini tərk edən 4 COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb - FOTO
Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.
Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.
Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində hər dörd şəxs barəsində cinayət işi başlanılıb.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...