Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
- 25-11-2020, 09:59
- 626
DİA.AZ xəbər verir ki, Fərrux Həsənovun mənzili “AtaSığorta” ASC tərəfindən sığortalanıb və o, evə dəyən zərərə görə sığota şirkətinə müraciət edib. Şirkətdən isə bildiriblər ki, sığorta müqaviləsində bu kimi hallar qeyd olunmayıb. O, şirkət əməkdaşlarına müqavilədə qeyd olunmuş sığorta riskləri arasında “hər hansı bir predmetin yerə düşərək mənzilə ziyan vurması” bəndini göstərir. Ancaq şirkət əməkdaşları bu bəndi qəbul etmir və müqavilədə müharibə dövründə baş verən hallarla bağlı heç bir bəndin olmadığını bildiriblər.
Fərrux Həsənovun bununla bağlı, İpoteka Fonduna və Dövlət başçısına da müraciət ünvanlayıb. Mövzuya qayıdacağıq.