Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz şəhər sakini K.Məmmədova koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub. Həmin şəxsə yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.
COVİD-19 infeksiyasına yoluxmuş qadın Quba rayonu ərazisində polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun qaydaları pozaraq, yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.
Dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilib və qadın təcili tibbi yardım avtomobilinə mindirilərək Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək