SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmsəddin Xanbabayevin adamı Xaçmazda hələ də özbaşınalıq edir? – PREZİDENTƏ MÜRACİƏT

Şəmsəddin Xanbabayevin adamı Xaçmazda hələ də özbaşınalıq edir? – PREZİDENTƏ MÜRACİƏT

Tarix:

6-11-2020, 12:16

/ 939 dəfə oxundu.
Şəmsəddin Xanbabayevin adamı Xaçmazda hələ də özbaşınalıq edir? – PREZİDENTƏ MÜRACİƏT

Bakı şəhər sakini Əliyarov Sabir Məmməd oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,Baş nazir Əli Əsədova,Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə, AR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə,Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarisinə,Daxili İşlər naziri Vilayət Eyvazova, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübrizə İdarəsinə,İqtisadiyyat naziri Mikayıl Cabbarova,Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə,Ombudsman Aparatını sədri Səbinə Əliyevaya,Xaçmaz rayon İcra Hakimiyyətinin başçısına və müstəqil mətbuat orqanlarına “Uğurlu Yol” MMC rəhbərinin ona veriləcək 6 aylıq əmək haqqının verməməsi bəhansilə şərləməsinin qarşınının alınması barədə müraciətində Sabir Əliyarov üzləşdiyi problemin həll olunması üçün ölkə başçısından və digər səlahiyyətli qurumların rəhbərlərindən kömək istəyir.

Aktualinfo.org vətəndaş Məhəmməd Adıyevin müraciətinə şərh verməzdən öncə, redaksiyanın elektron poçtuna göndərdiyi məktubu olduğu kimi oxucuların diqqətinə çatdırır.O,yazır:

Mən, Əliyarov Sabir Xaçmaz rayonu, Xaçmaz-Bakı yolunun 1-ci km-də yerləşən “Uğurlu Yol” MMC-də 2017-ci ilin fevralından bu ilin fevralına qədər baş sürücü işləmiş, TIR yük avtomobillərini idarə etmişəm. MMC mənə qeyri-rəsmi olaraq aylıq 1000 dollar maaş verirdi. Amma sənəddə 270 AZN göstərilirdi. MMC-nin direktoru Sadiq Ağayev İslam oğlu məni səbəbsiz yerə döyərək ( Özünə məxsus olan “Qafqaz” yanacaqdoldurma məntəqəsinin daxilində) camaatın içində təhqirlər etmiş – (2019-cu ilin mayında ) və tələb etmişdir ki, sən niyə Rusiyaya gedib gələn TIR –lara ziyan vurmusan? Amma o TIR sürücülərinə və avtomobillərinə şərləyərək pullarını verməmişdir. Lakin onun bu sözləri əsassız idi, Sübutlarımız var. Məsələn, sürücüləri – Əli (Dəvəçidən) Asim ( Qubadan) , Ariz, Rauf ( Mingəçevirdən) mən Sabiri və s. şərləməkdə məqsədi son 6 ayın maaşlarını verməməmək istəyirdi. Biz isə bu zaman türkiyədə işləmişdik. Hazırda işləyən sürücüləri də yenə bezdiri, maaşlarının kartlarını vermir, vergilərdən yayınır, əməkhaqlarını yarımçıq verir. Bir sözlə, bezdirir. Digər sürücülər kimi məni də bəhanə ilə Əmək Məcəlləsinin 72-ci maddəsilə işdən çıxarmışdır.( təhqirlər edərək) ki, mən digər yerdə işə girə bilməyim. Əmək kitabçamı da qanunsuz olaraq vermir. MMC direktoru Sadiq deyir ki, mənim çoxlu pulum var, adamlarım var, TIR-lar, avtobuslarım var. Səni hop edib-arvaddınan birlikdə götürdərəm. Və gətirib başına oyun açaram. Sadiq əslən Naxçıvanlıdır Şərudandır. Xaçmaz İcra Hakimiyyətinin əvvəlki başçısı Şəmsəddin Xanbabayevlə yerli kimi onun sağ əli olub at aynadıb. Qanunlara tabe olmayıb. Rayonda polislə münasibəti yaxşı olduğu üçün heç kim ona bir söz deyə, şikayət edə bilmir. Xaçmaz camaatı da bu sadiqin hərəkətlərindən tam bezib.Balə ki, etiraz olaraq Xaçmaz və Xudat yoluna özünün TIR-larını yol kənarında saxlatdığına görə həmişə hərəkətə qəsdən maneçilik törədir. Və buna görə də camaat etiraz edir (Qubada, Xaçmazda, Siyəzəndə)

Özünəməxsus “Qafqaz” zapravkaları var. Vergidən yayınır. Onun Quba şəhərindəki zapravkası isə yolu tam bağlayıb. Bu MMC yükdaşıma ilə məşğuldur. Keçmiş İcra başçısı Ramiz Mehdiyevin yaxın adamı və həmyerlisi olduğuna görə Sadiq də bu günə qədər qanunsuzluqlar edib və bu gün də əsasən sürücüləri və yerli əhalini incitməklə onları dövlətdən qəsdən narazı salır ki, ölkədə qarışıqlıq düşsün. İndiki müharibə dövründə bu adamın qanunsuz hərəkətləri yalnız R.Mehdiyev komandasına xidmət edir. Ona görə də Prezidentdən xahiş edirəm ki, ( mən ailədə 3 oğul və 1 qız atası kimi) onun “Uğurlu Yol” MMC rəhbərliyi tərəfindən mənə ödənilməyən 6000 dollar pulumun alınıb mənə verilməsini və əmək kitabçamın qaytarılmasını, vergilərdən yayınmaqla dövlətə vurduğu maddi zayanları ödənilməsini və şər-böhtanla, söyüş-təhqirlə, zorakılıqla etdiyi qanunsuz əməllərinə son qoyulsun ki, ölkədə təxribat törətməsin.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ