SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Samuxun icra başçısı bir köşəyə çəkilərək… – İTTİHAM

Samuxun icra başçısı bir köşəyə çəkilərək… – İTTİHAM

Tarix:

2-11-2020, 09:22

/ 856 dəfə oxundu.
Samuxun icra başçısı bir köşəyə çəkilərək… – İTTİHAM

Bu yaxınlarda saytlardan biri ən yaşlı rayon icra başçılarının siyahısını yaymışdı. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 73 yaşla siyahının ilk üçlüyində yer alırdı. O, bu sahədə saç ağartmış məmurlardan sayılır. 2005-2012-ci illərdə Binəqədi Rayon İH-nin başçısı olub, o vaxtdan indiyə qədər də Samuxun icra başçısı vəzifəsini icra edir.

Aktualxeber.az xatırladır ki, o Binəqədidə icra başçısı olduğu müddətdə əlinə düşəni yeyib dağıdıb. Tamahı o qədər artıb ki, böyük bir səhvə yol verib. Amma adam qosqoca parlament sədri Oqtay Əsədovun qudası olduğu üçün sivişib aradan çıxa bilib. Samuxa da onu cəza olaraq icra başçısı göndəriblər…

3 milyon 700 min manatlıq borc

Qocayevin 2012-ci ildə böyük borc qalmaqalı ilə mətbuatın gündəminə düşməsini xatırlayanlar var hər halda. Buna səbəb Qocayevin Binəqədinin icra başçısı olan zaman rayonda Heydər Əliyev muzey inşa etməli və eyni adlı park salmalı olduğu halda, bu məqsədlə bankdan götürdüyü 4 milyon manatı təyinatı üzrə xərcləmədiyi göstərilirdi. Məlum olmuşdu ki, Alı Qocayev yoxa çıxan 3 milyon 700 min manat həcmində vəsaitə görə sorğuya çəkilib. Sonra onu qudası Oqtay Əsədov xilas edib. Amma həmin pulların geri qaytarılması üçün ona vaxt verilib: “Samuxa təyin olunandan sonra ona vaxt verildi ki, pulları geri qaytarsın.

Artıq 3 milyon 700 min manatlıq borcun əhəmiyyətli hissəsi 2 milyon 500 min manatı qaytarılıb.” Alı Qocayev külli miqdarda borcunun olmasını hətta yerli məmurlara da etiraf edib. Demə Qocayevi Samuxa ona görə “sürgün ediblər.” Amma o burada da “yuxarılar”ı aldatmağa cəhd edib. İcra başçısı kənd yollarının yenidən qurulması üçün rayonun yol idarəsinə ayrılmış 3 milyon manata şərik çıxıb. Qocayev çalışıb ki, həmin pulu həm də rayonun kosmetik abadlığına sərf etsin. Bu isə yol idarəsi ilə icra hakimiyyəti arasında ciddi narazılıq yaradıb. İcra başçısının özbaşınalığı barədə “yuxarılar”a məlumat verilib. Yeri gəlmişkən, o zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Alı Qocayevi ARDNŞ-ə məxsus əraziləri vətəndaşlara satmaqda ittiham etmişdi.

Köhnə əməllərdə ağaran baş!

Bəs görəsən Qocayevin adı prezidentin yetmiş yaşlılar islahatındakı siyahıya daxil edilibmi? Əslində, Qocayev heç də “qocalmayıb”, o, köhnə əməllərini Samuxda da davam etdirməkdədir. Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli onun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirdiyini yazıb. Xəbərə görə, icra başçısı Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərovla əlbir olub: “Ötən ilin oktyabrın 25-də 50 manat nizamnamə kapitalı ilə onun adına “SEYİDLƏR ÜZÜM EMALI ZAVODU” MMC-ni qeydiyyatdan keçirib”. Daha sonra ilkin hərrac təklifi 41 min manat olan zavodu alıblar. Zavodun sahəsi 221 kv. metr, torpaq sahəsi isə 26068 kv metr, yaxud 2.6 hektardır.

Araşdırmalardan o da məlum olur ki, fəaliyyəti dövründə Alı Qocayev insanları ən çox narazı salan icra başçılarından olub. Onun rayonun Əhmədbəyli kənd sakini, 2 ildən yığılıb qalmış işıq pulunu ödəyə bilməyən və bunu görə elektrik xətti kəsilən veteran qızı Səlfinaz Bayramovaya “ödəyə bilmirsən, öl” deməsi uzun zaman mətbuatın gündəmi olmuşdu. İnsanlar islahata bilirsiniz nə vaxt inanacaqlar? Ölkəni belə harın, səviyyəsiz məmurlardan təmizlədiyiniz zaman. O isə, yəqin ki, bu sistemdə heç vaxt baş verməyəcək.

Aldığımız bilgilərə görə Alı Qocayev yaxınlarda vəzifəsilə vidalaşacaq. Qarabağda hərbi əməliyyatlar sona yetən kimi bir neçə icra başçısı vəzifəsini itirəcək. Alı Qocayev isə siyahının lap başında gəlir.

Şərhlər

XƏBƏR LENTİ