Başçı müavini İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover” - 300 - 800
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanları Nicat və Kənan Məmmədovların avtomobil kolleksiyası var.
Bu barədə jurnalist Həbib Müntəzir məlumat verib.
H.Müntəzir qeyd edib ki, 90-LV-800, 90-HL-333, 90-OV-800, 90-OR-800, 99-GE-080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobilləri var: “Nömrələrdən və “İnstagram” hesablarından görünür ki, ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım. İcra başçısının müavinin balaları bu qədər talayırsa, hesablayın hansısa nazir, onun övladları nə hoqqalardan çıxır?! Bu ölkəyə tarakan kimi daraşıb, həşərat kimi gəmirirlər. Sərvət bitmir, göz doymur. Xalq isə 190 manatın möhtacındadır...”
Pia.az






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...