Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
Cəbhədki 12 iyul gərginliyindən dərhal sonra səfərbərliyə minlərlə tanınmış şəxs, məmurlar müraciət etdilər ki, bu da əslində bəziləri tərəfindən şou naminə edilibmiş. Hər halda görünəni budur və DİA.AZ-a müraciət edən Göyçay sakinləri də bildirirlər ki, bu ilin 18 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçən Mehdi Səlimzadə indi nədənsə susmağa üstünlük verir.
Sakinlər yazır: "Biz yaxşı başa düşürük ki, icra başçısının səfərbərliyə müraciəti ölkədə ruh yüksəkliyinin qaldırılmasına xidmət edirdi, yəni mənəvi anlam kəsb edirdi. Yəni bunu düşünənlər belə hesablamışdı, nəzərdə tutmuşdu. Amma anlamı nə idi? Məgər Azərbaycanda ruh düşkünlüyü var idimi ki? Məgər 12 iyuldakı gərginlikdən sonra insanlarımızın necə MÜHARİBƏ tələb etdiyini görmədikmi? Məgər Mehdi Səlimzadə kimi nüfuzu aşağı olan məmurlar gənclərimizdə ruh yüksəkliyimi yaradır?"
Biz isə narazı sakinlərin bu iradlarını çatdırdıq və qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...