Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
- 11-09-2020, 12:16
- 1 664
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Maksim Musayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızıda yerləşən uşaq bağçasını ələ keçirməsindən danışarkən Reyting.az-a deyib.
Xızının sabiq icra başçısı əlavə edib ki, sözügedən bağça sonradan Ramiz Mehdiyevin qızının adına özəlləşdirilib: “İndi həmin bağçanı söküblər. Bir növ xarabalığı xatırladır. Bilinmir ki, burada nə tikdirmək istəyirlər”.
M. Musayevin sözlərinə görə, R. Mehdiyevin ələ keçirdiyi uşaq bağçası daima fəaliyyət göstərib: “Ramiz Mehdiyev Xızıya gələndə rayonun mərkəzində yerləşən və uşaqlara xidmət göstərən bağçanın ərazisindən xoşu gəlib. Bundan sonra həmin bağçanı Ramiz Mehdiyevin qızının adına özəlləşdiriblər. Sonradan bağça sökülüb, bilinmir ki, nə tikiləcək. Söküntü vaxtı indiki icra başçısı Xəzər Aslanov materialları aparıb özünə villa tikdirib. Görün, necə faşistsayağı addımdır. Hazırda bağça yoxdur, sökülüb və xarabalığı xatırladır”. //reyting.az//