SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO

Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO

Tarix:

11-09-2020, 12:16

/ 1 652 dəfə oxundu.
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO

Xızının rayon mərkəzində yerləşən uşaq bağçasını 1992-ci ildə tikdirmişdik. Nazirlər Kabinetindən bunun üçün razılıq aldıq və maliyyə köçürüldükdən sonra bağçanı tikdirdik. O zaman Baş nazir Həsən Həsənovla görüşərək işçi ştatını da həll etdik və 21 nəfəri işə götürdük. Bağçanın həyəti 20 sotdan az deyildi”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Maksim Musayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızıda yerləşən uşaq bağçasını ələ keçirməsindən danışarkən Reyting.az-a deyib.

Xızının sabiq icra başçısı əlavə edib ki, sözügedən bağça sonradan Ramiz Mehdiyevin qızının adına özəlləşdirilib: “İndi həmin bağçanı söküblər. Bir növ xarabalığı xatırladır. Bilinmir ki, burada nə tikdirmək istəyirlər”.

M. Musayevin sözlərinə görə, R. Mehdiyevin ələ keçirdiyi uşaq bağçası daima fəaliyyət göstərib: “Ramiz Mehdiyev Xızıya gələndə rayonun mərkəzində yerləşən və uşaqlara xidmət göstərən bağçanın ərazisindən xoşu gəlib. Bundan sonra həmin bağçanı Ramiz Mehdiyevin qızının adına özəlləşdiriblər. Sonradan bağça sökülüb, bilinmir ki, nə tikiləcək. Söküntü vaxtı indiki icra başçısı Xəzər Aslanov materialları aparıb özünə villa tikdirib. Görün, necə faşistsayağı addımdır. Hazırda bağça yoxdur, sökülüb və xarabalığı xatırladır”. //reyting.az//
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO




Şərhlər

XƏBƏR LENTİ