Lerikdə Asif-Akif İmanov qardaşları 200 manata su satır-LERİKDƏ ÖZBAŞINALIQ
Günümüzə bax e. XXI əsrdə Lerik rayonunda hələ də adamlar eşşəyin belində bidonla evlərinə su daşıyırlar. Bu su hamıya da qismət olmur. Lerikin elə kəndləri var ki, su üzünə həsrətdir. Kanalizasiyadan isə danışmağa dəyməz. Bəlkə də dünyada yeganə məkandır ki, rayonda kanalizasiya olmayıb. Adamlar su başında, divar dibində tələbatlarını ödəyirlər. Məlumata görə, Türkiyənin “Gelişim Group” şirkəti 28 milyon manata Lerikin su və kanalizasiya xəttlərini çəkməli imiş. Bəs kimlərin cibinə getdi 28 milyon manat ? Camaat 5 manat verib 1 günlük su tələbatlarını güclə ödəyirlər. Düz 31 ildir “Azərsu”nun Lerik üzrə rəisi Asif İmanovdur. Təsəvvür edirsiniz, 100 illik-əsr dəyişdi, minillik dəyişdi, era dəyişdi Asif İmanov dəyişmədi. Asif İmanov 2 su turbası çəkəndə neçə kilometr asfalt yolu bərbad günə qoyur. Yəni qaş düzəldən yerdə gözü tökür. Redaksiyamlza müraciət edən şikayətçi qeyd edir ki, obyekt açmışam və qanuni 600 manat rüsumu ödəmişəm. Ancaq Asif İmanov deyir ki, qanun-zad bizə lazım deyil, “levi“ 200 manat da veməlisən. Akif Quliyev adlı şəxs isə su idarəsində çalışsa da işlə bağlı anlayışı yoxdur, ancaq işçilərin kartını cibində gəzdirib pullarını alır. Hazırda onun məsələsi Lerik rayon prokuroirluğunda araşdırılır. Hətta Rusiyada yaşayan, vergi ödəyicisi olan şəxsin adına da kart verilib. Suyu 200 manata satmaq məsələsində Akif Quliyevin dostu Niyazi də baş roldadır. Asif İmanovun qardaşı Akif İmanov da su maxinasiyasında qardaşından geri qalmır. Bir sözlə Lerikdə şıdırğı su alveri gedir.
gundelik-baku.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək