XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Vidadi İsayev Azərbaycana xidmət edir, yoxsa Rusiyaya?..

Vidadi İsayev Azərbaycana xidmət edir, yoxsa Rusiyaya?..

Vidadi İsayev Azərbaycana xidmət edir, yoxsa Rusiyaya?..
9-09-2020, 11:14

Qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları Rusiyadan gələn buyruq əsasında endirilir?...

Bərdədə iki qardaş ölkənin dostluq və qardaşlıq rəmzi olaraq qaldırılan Azərbaycan və Türkiyə bayraqları endirilib. Bu barədə tanınmış iqtisadçı, ADR sədri Qubad İbadoğlu sosial şəbəkədə yazıb.

Qubad İbadoğlu Rusiya hakimiyyətinin Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əlaqələrin inkişafından narahatlıq keçirdiyini və burdakı vassalları vasitəsilə bayraqların endirilməsinə diqqət çəkib:

“Bölgələrdə nələr baş verir? Baxın, görün, Rusiya hakimiyyətinin əli nə qədər uzanıb ki, burdakı vassalları vasitəsilə bayraqları endirirlər. Bunu edənlər bayralarımızın qoşa dalğalanmasından xoflananlar, Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əlaqələrin inkişafından narahatlıq keçirənlərdir. Türkiyənin regionda güclənməsi Azərbaycanın ərazi bütövlüyü və suverenlik hüquqlarını müdafiəsinə yönəlib. Biz, birlikdə güclüyük, yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!”

Qeyd edək ki, anoloji hadisə bir neçə gün əvvəl Sumqayıtda da baş vermişdi. Maraqlıdır ki, baş verənlərə eəsmi reaksiya verilmir...

Pia.az
Vidadi İsayev Azərbaycana xidmət edir, yoxsa Rusiyaya?..

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.